"Heç bir bank bağlanmayacaq" - Elman Rüstəmov

img

18-03-2015 [11:38]


"Belə iddialar var ki, banklar müflis olacaq. Bütün bunlar məsuliyyətsiz, populist çıxışlardır". 

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov manatın ucuzlaşmasının bankları iflasa uğradacağı haqqındakı iddialara münasibət bildirərkən söyləyib. O bildirib ki, banklar bu gün də inkişaf edir və onlarla əməkdaşlıq davam etdirilir:

"Heç bir bank bağlanmayacaq. Özəl bank sektoru yaxşı kapitallaşıb. Məcmu kapitalı 50 milyon manat olmayan banklarla müqavilə bağlanıb. O banklar da bağlanmayacaq, fəaliyyətləri davam edəcək. Prosesi ciddi nəzarətdə saxlayacağıq".

E.Rüstəmov qeyd edib ki, bundan sonra məzənnə siyasəti daha çevik olacaq. Baş bankın sədri bildirib ki, fundamental dəyişiklik olsa, cəmiyyət məlumatlandırılacaq: 

"İqtisadiyyatın maliyyələşdirilməsinə vəsait yönəldiləcək. İpotekaya ayrılan vəsait əhəmiyyətli artıralacaq. Bunun mənbəyi artıq müəyyən edilib. İkincisi, ipotekada iqtisadi aktivlik canlandırlılacaq. Sosial evlərin tikintisi ipoteka vasitəsiylə maliyyələşdiriləcək. Ən nəhayət ipotaka regionlarda inkişaf etdiriləcək", - deyə E.Rüstəmov söyləyib(Anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA