Gürcüstana sərmayə qoyan məmurlar kimdir?

img

17-03-2015 [00:05]


2014-cü ilin IV rübündə Gürcüstan iqtisadiyyatına 349 milyon ABŞ dolları həcmində sərmayə qoyulub. Bu, 2013-cü ilin eyni dövrü ilə müqayisədə 61 faiz çoxdur. 

Bu barədə Gürcüstan Milli Statistika Xidməti (Qruzstat) məlumat yayıb.

Məlumatda deyilir ki, ötən ilin IV rübündə Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında Azərbaycan birinci yerdədir. Hesabat dövründə azərbaycanlı investorlar bu ölkənin iqtisadiyyatına 84 milyon dollar sərmayə qoyublar. Bu da ümumi xarici sərmayələrin 24 faizini təşkil edir.

"Qruzstat”ın məlumatına görə, siyahıda ikinci yerdə 67 milyon dollarla (19 Faiz) Niderlanddır. Böyük Britaniya isə 66 milyon dollarla üçüncü yerdədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA