13-03-2015 [15:52]
DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, martın 5-də saat 24:00 radələrində Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində xidmətin əməkdaşları qaçaqmalçılıq yolu dövlət sərhədindən narkotik maddələri keçirən Salyan rayon sakinləri Hüseynov Rövşən Balaqardaş oğlunu və Mirzəyev Təlatun Abdul oğlunu "Mercedes” markalı 99 NN 353 nömrə nişanlı avtomobillə saxlayıblar.
Xidmət əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq gözyaşardıcı qazdan istifadə etməklə hadisə yerindən qaçmağa cəhd göstərən şəxslər sərhədçilər tərəfindən yaxalanıblar.
Saxlanılmış şəxslərin üzərinə baxış keçirilərkən 4 kiloqram tiryək, 4 ədəd mobil telefon, 1 ədəd gözyaşardıcı qaz balonu aşkar edilərək götürülüb.
Faktla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 318 (dövlət sərhədini qanunsuz keçmə), 206 (qaçaqmalçılıq), 234 (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb, həmin cinayətin iştirakçılarına qeyd olunan maddələrlə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Cinayəti törətmiş digər iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Mia.az xəbər verir ki, virtualaz.org saytı həbs edilənlərdən biri haqda sensasion məlumatlar əldə edib.
Belə ki, Salyan rayonunun Kürqaraqaşlı kənd sakini olan 1968-ci il təvəllüdlü Rövşən Balaqardaş oğlu Hüseynov Kənd Təsərrüfatı Naziriliyi "Aqrolizinq” ASC-nin Salyan filialının rəhbəri işləyib. Maraqlıdır ki, martın 5-də həbs edilən R.Hüseynov bundan bir gün sonra - martın 6-da işdən çıxarılıb.
Qeyd edək ki, kənd təsərrüfatı nazir Heydər Əsədov həmin gün - martın 6-da "Aqrolizinq”in 2014-cü ildəki fəaliyyətinə həsr olunmuş müşavirə keçirib. Nazir fəaliyyətində nöqsanlara yol verən bir neçə əməkdaşı cəzalandırıb. ASC-nin aqrotexniki xidmət və təchizatın təşkili şöbəsinin müdiri və 8 rayonun aqroservis filiallarının rəhbəri tutduğu vəzifədən azad olunub. Vəzifədən azad edilən 8 filial rəhbərləindən biri də R.Hüseynov olub. Amma R.Hüseynov işdən azad olunduğu həmin müşavirədə iştirak etməyib. Çünki bu zaman artıq həbsdə olub. Ona görə də nazir onu işdən, necə deyərlər, qiyabi şəkildə çıxarıb.
Onu da qeyd edək ki, Rövşən Hüseynov "Aqrolizinq”dəki işindən əvvəl digər vəzifədə çalışıb. O, uzun illər Kürqaraqaşlı kənd bələdiyyəsinin sədri olub.
Xatırladaq ki, R.Hüseynov barəsində Səbayel Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, hazırda Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır.
R.Hüseynovla bərabər saxlanılan digər şəxsə Təlatun Mirzəyevə gəlincə isə o da rayonda vəzifə sahibi olub. 2004-2005-ci illərdə "Azərpoçt” İstehsalat Birliyinin Salyan rayon şöbəsinin müdiri olub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi