Bakıda Novruz bayramına görə yarmarkalar açılacaq - ÜNVANLAR

img

12-03-2015 [12:24]


Bakıda Novruz bayramı ilə əlaqədar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının və möhtəkirliyin qarşısının alınması məqsədi ilə 14-19 mart 2015-ci il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək. Nazirliyin mətbuat xidmətindən Modern.az saytına bildirilib ki, yarmarkalar paytaxtın aşağıdakı rayonlarında və göstərilən ünvanlarda təşkil olunacaq:

Xətai rayonu (2 ünvanda)-Ukrayna dairəsinin yanı;

-Bakı kinoteatrının yanı;

Nəsimi rayonu -S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi;

Yasamal rayonu -Akim Abbasov küçəsi, İran klinikasının yanı;

Nərimanov rayonu -Gənclik metrosunun yanı;

Səbail rayonu -Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası;

Suraxanı rayonu (2 ünvanda) -Qaraçuxurqəsəbəsi, Əhməd Mehbalıyev 2, "Vətən Şəhidləri Unudulmur” abidələr kompleksinin və hərbi hissənin yanı;

-Əmircan qəsəbəsi, S. Bəhlulzadə küçəsi 12;

Binəqədi rayonu -Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.

Bayram günlərində Bakı şəhərinin digər yerlərində də yarmarkaların keçirilməsi nəzərdə tutulmuşdur. Bu barədə əlavə məlumat veriləcəkdir.

Əlaqə telefonu: Nazirliyin "Qaynar xətt”i-1652


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA