10-03-2015 [11:42]
Mia.az xəbər verir ki, bunu ANS PRESS-in əməkdaşı ilə söhbətində paytaxt sakini Nəsibə Məhərrəmova söyləyib. Xanımın sözlərinə görə, o, qızıl alveri ilə məşğul olur, krediti də məhz bu səbəbdən götürüb. Nəsibə xanım deyir ki, gəlir əldə etmək üçün kredit götürsə də, indi məzənnənin cərimələrini ödəyir. Çıxılmaz vəziyyətdə olduğunu deyən xanım kredit götürmək üçün evini girov qoyduğunu söyləyib. Xanım borclarını qaytara bilməyəcəyi təqdirdə evinin əlindən alınacağını söyləyir.
Mütəxəssislər isə dollarla kredit götürənlər üçün bir sıra çıxış yolları təklif edirlər. İqtisadçı Samir Əliyev hesab edir ki, hökumət müşahidəçi mövqedən konkret addıma keçməlidir. Burda kompromis variantlar tapılmalıdır, Mütəxəssisin fikrincə, banklar konkret güzəştlər etməlidir: "Banklar kreditin ödənilmə müddətini uzatmaqla və illik faiz dərəcəsini bir qədər aşağı salmaqla müştərilərə güzəştə gedə bilərlər. Hökumət də öz növbəsində banklara dəstək verməlidir. Bütün valyuta kreditləri olmasa da, istehlak kreditlərinin zərərini dövlət üzərinə götürməlidir".
İqtisadçı qeyd edir ki, hazırda xarici valyuta kreditlərinin 35%-i istehlak kreditlərinin payına düşür. S.Əliyev bildirir ki, söhbət təxminən 2,3 milyard dollara yaxın vəsaitdən gedir: "Həmin vəsait köhnə məzənnə ilə ödənilsə, banklar əlavə olaraq 380 milyon manata yaxın zərərə düşər (bütün valyuta kreditlərində bu göstərici 1 milyard manata yaxındır. Dövlət bu vəsaiti banklara vergi güzəşti və ya maliyyə yardımı şəklində ödəməlidir. Əks halda ölkə iqtisadiyyatını böhrandan qurtarmaq üçün daha çox pul xərcləməli olacaq və bunun səmərəsi indikindən də az olacaq", - deyə iqtisadçı vurğulayıb.
Banklar isə son iki həftə ərzində kredit ödənişlərində gecikmələri nəzərə alaraq müştərilərinə güzəştlər tətbiq etməyə başlayıb. Belə ki, bəzi iri banklar dollarla kredit götürən müştərilərinin kredit faizlərini azaldıblar. Bankların müştəriləri üçün etdiyi bu jest təxminən 2-3% civarındadır. Banklar bu yolla müştərilərində stimul yaratmağa çalışır.
Görünür bankların bu son faiz kampaniyası vətəndaşların banklara qarşı azalan inamı bərpa etmək üçündür. Banklar həmçinin, ödənişdə çətinlik çəkən vətəndaşlara uyğun imkanlar yaradır. Hətta bəzi banklar müştəriləri itirməmək üçün kredit ödənişlərini köhnə məzənnə ilə qəbul edir. Ancaq təəssüf ki, bu güzəştlər yalnız bir neçə bank tərəfindən tətbiq edilir. Ölkədə 45 bankın fəaliyyət göstərdiyini nəzərə alsaq, 4-5 bankın bu addımı kredit götürən əhalinin çox az hissəsini əhatə edir. Geridə qalan böyük bir hissə bu güzəştlərdən yararlana bilmir.
Banklar dollarla kredit götürən müştərilərinə, həmçinin aylıq ödənişlərin yüksək olduğunu nəzərə alaraq əlavə müddət verirlər. Belə ki, müştərinin kredit ödənişi cədvəlinə yenidən baxılır və hazırki məzənnə ilə hesablama aparılır. Son nəticədə, vətəndaş məzənnə artımına görə yaranmış artıq ödənişi bir neçə aya bölərək ödəyir. Ancaq hüquqşünaslar bu vəziyyətin yalnız bankların xeyrinə olduğunu və bunun çıxış yolu olmadığını deyirlər. Mütəxəssislərin fikrincə, Mülki Məcəllədə boşluqlar var və bu boşluq vətəndaşın əleyhinə vəziyyət yaradır.
Belə ki, Mülki Məcəllənin 439.2-ci maddəsində yaranmış bu vəziyyətlə bağlı qeyd var. Bildirilir ki, "Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır”. Burdan belə başa düşülür ki, xarici valyutada olan borc manatla ödənilə bilər. Ancaq əvvəlki məzənnə ilə yox, ödəniş gününə mövcud olan məzənnə əsasında. Yəni, kimin dollarla banka nə qədər borcu varsa heç bir güzəşt olmadan ödəməlidir.
Məcəllədə digər bir məqam 439.7-ci maddədə əks olunub. Burada isə qeyd edilir ki, xarici valyutada olan kreditlərin müqavilə bağlanan halda olan məzənnə əsasında ödənilməlidir. Yəni, burada əsas kimi Məcəllədə göstərilən "öhdəliyin əmələ gəldiyi vaxt” götürülür. Əslində isə qanunvericilikdə xarici valyuta ilə kredit verilməsi yolverilməzdir. Millət vəkili Əli Məsimli parlamentin plenar iclasında xarici valyuta ilə kredit verilməsi məsələsinə münasibət bildirib. O qeyd edib ki, Mülki Məcəllədə və Konstitusiyada hesablaşmaların manatla aparılması aydın şəkildə göstərilib: "Bunlar mülki məcəllənin müvafiq maddələrində öz əksini tapıb. Əlaqədar təşkilatlar və qurumlar hüquqi mexanizmə malikdir. Bu məsələ Milli Məclisə gəlmədən həll oluna bilər”, - deyə deputat bildirib.
Qeyd edək ki, Mərkəzi Bank məsələ ilə bağlı Mülki Məcəllədə göstərilən maddənin birmənalı izah etmək mümkün olmadığını əsas gətirir. AMB bank müştərilərinə Konstitusiya Məhkəməsinə müraciət etməyi məsləhət görür. Yəni, vətəndaş dollarla götürdüyü krediti əvvəlki məzənnə ilə ödəmək fikrindədirsə məhkəməyə müraciət etməlidir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi