Dollarla bağlı qəfil qərar

img

08-03-2015 [22:24]


Türkiyə lirəsinin (TL) məzənnəsi sürətlə aşağı düşməkdədir. Belə ki, 2015-ci ilin ilk günlərində 1 ABŞ dollarının rəsmi məzənnəsi 2.3 TL olub. Martın 8-nə olan məlumata görə, hazırda 1 ABŞ dolları 2.6 TL-yə bərabərdir.

Rəsmi məlumatlarda bildirilir ki, valyuta mübadilə şöbələrində heç bir problem yoxdur. Türkiyə lirəsinin

məzənnəsinin aşağı düşməsi alış-veriş mərkəzlərində mal qıtlığı yaratmasa da, bir sıra məhsulların, o cümlədən gündəlik tələbat mallarının qiymətinin artmasına səbəb olub.

Türkiyə hökuməti milli valyutanın məzənnəsi ilə bağlı təxirəsalınmaz tədbirlər görməyə başlayıb. Hökumətin məzənnə ilə bağlı qəbul etdiyi qərarlar barədə vaxtaşırı ictimaiyyətə məlumatlar verilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA