"Manatın dollara nisbətən ucuzlaşması davam edəcək" - Ekspert

img

02-03-2015 [20:06]


Azərbaycanın valyuta bazarında baş verən qəfil dəyişiklik əhalini daha çox maraqlandıran məsələyə çevrilib. Bu səbəbdən dollar-manat münasibətləri haqda ekspert rəyləri son günlərin aktual mövzususdur.

Mia.az xəbər verir ki, Mərkəzi Bankın fevralın 21-də verdiyi qərardan sonra valyuta bazarında sabitlik yaransa da, bəzi ekspertlər bunun qalıcı olmayacağını deyir.

İqtisadşı ekspert Samir Əliyev bu barədə aşağıdakı fikirini bölüşüb:

"Dolların rəsmi məzənnəsinin son günlər cüzi artımı daha çox manata inamı qaytarmaq məqsədi daşıyır və böyük ehtimalla qısamüddətli olacaq. Bunu Mərkəzi Bankın onu çıxılmaz vəziyyət qoyan digər qurumlara qarşı revanşı kimi də qiymətləndirmək olar. Dolların ciddi ucuzlaşması gözlənilmir və bir müddətdən sonra onun yenidən bahalaşmasını müşahidə edəcəyik. Mərkəzi Bank fevral ayında məzənnə siyasətini bivalyuta səbəti əsasında müəyyənləşdirməyə başlaması da formal xarakter daşıyır. Səbətin strukturu hələ də açıqlanmır. 

Ancaq ehtimal etmək olar ki, avronun payı çox azdır və bu nisbət 9010 (dollaravro) şəklindədir. Real nisbətlə bağlı açıqlamanın verilməməsi onu göstərir ki, Mərkəzi Bank hələ konkretləşdirməyib. Ola bilsin Mərkəzi Bank bu nisbəti 80/20-yə dəyişsin. İstənilən halda bu il avronun ucuzlaşması davam edəcək və deməli, bu, manatın məzənnəsinə də təsir göstərək. Avronun ucuzlaşması fonunda manatın kəskin bahalaşmasına imkan verməmək üçün manatın da dollara nisbətən ucuzlaşması baş verəcək. İstənilən halda yumşaq devalvasiya prosesi hələ də qüvvədədir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA