02-03-2015 [15:23]
Ötən cümə mühasibatlıqdan bizə bildirdilər ki, maaşların artımı martı ayının əvvəlində veriləcək. Hazırda maaşım 420 manatdır, mühasibatlıqdan verilən məlumata görə 120 manat da artıb. Ümumilikdə 540 manat edir. Artımı da alsam ehtiyaclarımı ödəyə bilərəm. Amma təıssüf ki, elə ötən cümə gününün ikinci yarısı dedilər ki, artımların verilməsi qeyri-müəyyən vaxta qədər təxirə salınıb və maaşlar əvvəlki qaydada veriləcək”.
Bu haqda Modern.az-a Suraxanı rayonundakı 281 saylı orta məktəbdə ana dili və ədəbiyyat fənnini tədris edən müəllim Vaqif Əlisoy şikayətlənib.
O, digər müəllimlər kimi maaşların artımın gecikdirilməsindən ciddi narahatdır:
"Müəllim kimi məni narahat edən odur ki, nəyə görə məmurlar prezidentin sərəncamını icra etmirlər. Özüm Qarabağ müharibəsi veteranıyam, banklarda kreditlərim var, eyni zamanda müalicəyə ehtiyacım var. Bir sözlə, hamımız maaşa göz dikmişik. Eyni zamanda, ümid edirdik ki, manatın dəyərdən düşməsini bu artımla kompensasiya edə biləcəyik. Dəfələrlə Təhsil Nazirliyinə, Maliyyə Nazirliyinə, Nazirlər Kabinetinə müraciət etsəm də, sualımı cavablandıran olmayıb. Bütün müəllimlər bu məsələyə dair rəsmi açıqlama verilməsini gözləyirlər”.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Arzu Tairquliyeva Modern.az-a açıqlama verib:
"Ölkə başçısının sərəncamın icrası ilə bağlı müəllimlərin dərs yükü normasının və maaşların yeni dərəcələrinə dair sənədlər paketi hazırlanıb, Təhsil, Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri arasında razılaşdırılaraq hökumətə təqdim edilib. Yeni norma tətbiq ediləndən sonra, belə müəllimlərin 1 dərs saatının dəyəri orta hesabla 35 faiz artacaq.
Müvafiq sənədlər təsdiq edildikdən sonra artımla bağlı olan fərq 2015-ci il yanvarın 1-dən hesablanıb ödəniləcək”.
Bununla belə, idarə rəsmisi maaşlardakı artımın konkret nə vaxtdan veriləcəyinə aydınlıq gətirməyib.
Xatırladaq ki, 2015-ci il yanvar ayının 16-da prezident sərəncamı ilə Bakıdakı dövlət təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb. Sərəncam 2015-ci il yanvarın 1-dən qüvvəyə minib.
Amma rəsmilər artımın maaşlara necə təsir edəcəyini hələ tam dəqiqliklə izah etməyiblər. Hər şey maaşlar veriləndə aydın olacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi