Azərbaycanda siqaretin qiyməti ucuzlaşdı

img

02-03-2015 [09:54]


Azərbaycanda siqaretin qiyməti ucuzlaşıb.

AzVision.az-ın xəbərinə görə, bu gündən başlayaraq paytaxt mağazalarında tütün məmulatları əvvəlki qiymətlərlə satışa çıxarılıb.

Belə ki, ötən günə kimi 2 manat 30 qəpiyə satışa çıxarılan "Kent” markalı siqaret bu gün 1 manat 60 qəpiyə endirilib.

Mağazada çalışanlar bildirirlər ki, qiymətlərin aşağı salınması haqda onlara tapşırıq verilib.

Qeyd edək ki, manatın ucuzlaşmasından sonra bir sıra məhsullarla yanaşı siqaretin də qiymətində bahalaşma hiss olunurdu. Əvvəlki ilə müqayisədə qiymətlər 70, 80 qəpik qaldırılmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA