Dollarla kredit götürənlərə bəd xəbər - Rəsmi

img

28-02-2015 [16:31]


"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir”

Bu barədə oxuculardan birinin kredit borcu hansı məzənnə ilə qaytarılmalıdır sualına cavab olaraq, Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətindən məlumat verilib.

"Valyuta dəyişdikdə, mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir” - deyə, komitədən bildirilib.  

Komitədən verilən məlumata görə, kredit müqaviləsində ödənişin başqa formada hesablanması və ya ödənilməsini nəzərdə tutan maddə yoxdursa, dollarla götürülən kredit mövcud olan məzənnə ilə qaytarılmalıdır.

Xatırladaq ki, müstəqil hüquqşünasların sözlərinə görə, bu cavabın özü belə konkret nəsə demir, yəni ziddiyyətlidir. (oxu.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA