Azərbaycan banklarının dolların məzənnəsi ilə bağlı yeni qərarı - Dəyişikliyə hazırlıq

img

23-02-2015 [12:37]


Azərbaycan bankları dolların məzənnəsindəki yeni dəyişikliklərə hazırlaşırlar. 

Fins.az-ın müxtəlif mənbələrdən  əldə etdiyi məlumata görə, böyük ehtimalla sabahdan başlayacaq dəyişiklik bu dəfə məzənnənin enməsi istiqamətində olacaq. Özü də bunun üçün xüsusi bir qərarın qəbul edilməsi vacib deyil – yaranmış vəziyətin özü ABŞ dollarının məzənnəsinin aşağı enməsinə səbəb olacaq. 
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə fevralın 21-dən ABŞ dollarının məzənnəsi təqribən 34% artırılaraq 78 qəpikdən, 1,05 manata qaldırılıb.

Bu qərarın elan olunmasından sonra əvvəlcə valyutadəyişmə məntəqələrində dollara böyük tələbatın yaranması ilə başlayan ajiotaj sonradan satış şəbəkələrinə keçdi. Artıq bəzi mağaza və satış nöqtələrində qiymətlərin artması müşahidə olunur, bahalaşma özünü həm ərzaq, həm də qeyri-ərzaq mallarında (məişət texnikası, mobil telefonlar, avtomobillər və s) göstərir. Yaxın günlərdə qiymət artımının daha geniş sahələri əhatə edəcəyi ilə bağlı böyük gözləntilər var.

Banklar dollardan imtina edir

Amma mağazalarda bu prosesin yenicə qızışdığı bir vaxtda bank sektorunda ilk baxışda diqqəti çəkməyən fərqli proses başlayıb – ölkə bankları dollar almaqdan imtina edirlər. Nə qədər qəribə olsa da, bu proses dolların bahalaşmasından cəmi 1-2 saat sonra – fevralın 21-də günorta saatlarında başlayıb. Qərarın qəbulundan sonra əhali əlindəki manat vəsaitlərini banklarda dollara dəyişməyə cəhd etdiyindən bütün diqqət bankların dolları satıb-satmamasına yönəlmişdi. Həmin vaxt dolları manata dəyişmək istəyən olmadığına görə, bankların dollar almadığı heç kimin diqqətini cəlb etmirdi. Doğrudur, qısa müddət ərzində dollar qəbul edildi, amma günorta saatlarından sonra dolları manata dəyişmək problemi başladı.

Ən maraqlısı da odur ki, bankların bəziləri bunu bilməyərəkdən rəsmi surətdə təsdiqləyiblər. Belə ki, kommersiya banklarının fevralın 21-22-nə açıqlanan rəsmi məzənnələrində bəzi banklar dolların alış qiymətini  göstərməyiblər. Bu – dolların alınmaması deməkdir. Özü də söhbət adi bankdan yox, bank sektorunda baş verəcək proseslər barədə məlumatlıığı ilə seçilən «Bank Respublika» kimi intizamlı bankdan və valyuta bazarına böyük təsirə malik olan «Amrahbank» gedir. Bu iki bankın məzənnələrində alış qiyməti göstərilməyib. Bunu bank əməkdaşlarının diqqətsizliyi kimi qəbul etmək mümkün deyil, çünki, satış qiymətləri dəqiq göstərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA