Bakının ən iri market şəbəkəsindən şok addım - mallar yığışdırılır (FOTO)

img

21-02-2015 [23:59]


Dolların məzənnəsinin manatla bərabər səviyyəyə çatması ölkədə böyük çaxnaşmaya səbəb olub.

Bir çox mağazalar ərzaq və digər məhsulların qiymətini qaldırmaq üçün onları gizlətmək üçün rəfləri boşaltmağa başlayıb. 

Bu halın şahidi olan şəxs gördüklərini bu cür şərh edib: "Bu gün evə bazarlıq etmək üçün köhnə Günəşlidəki "Bizim Market"ə getdim. Gördüklərimə inanmadım. Rəflərdə olan yerli və xarici istehsallı mallar işçilər tərəfindən arabalara doldurularaq qaçırılırdı. Bunun dolların kursunun qalxması ilə bağlı olduğunu düşündüm və olayı mobil telefon ilə görüntüyə aldım. Az sonra isə mağazanın rəhbərliyini və işçilərini yanımda gördüm. Məndən videonun silinməsini tələb etdilər.

Ətrafdakıların hamısı bizim söhbəti izləyirdi. Böyük söhbətdən sonra videonu sildim. Amma fotoları saxlamağı bacardım. Bundan sonra qiymətlərin necə olacağını təsəvvür edə bilmirəm. Sahibkarların bundan bu cür istifadə etməsi yalnız murdarlıqdı". (Ölkə.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA