Ilham Rəhimovun kürəkəni "nişangah"da - Araz Mehdiyevin 10 milyonluq qalmaqalı

img

19-02-2015 [13:32]


Uzun illərdir ki, xeyli sayda şirkətlər öz sahiblərinin nüfuzundan istifadə edərək vergidən yayınırlar. Bu heç kimə sirr deyil. Bu barədə ölkə mətbuatı həmişə yazılar dərc edib. Ancaq indiyədək bu istiqamətdə heç bir ciddi tədbir görülməyib. Lakin son vaxtlar dünya iqtisadiyyatında baş verən və ölkəmizdən də yan keçməyən ciddi proseslər adekvat addımlar atmaq tələb edir. Bunu nəzərə alaraq kimə məxsus olmasından asılı olmayaraq vergidən yayınan şirkətlərə qarşı ciddi tədbirlərin görülməsi haqqında ən yüksək səviyyədə qərar verilib. Və son günlər bütün şirkət və müəssisələrdə Vergilər Nazirliyinin əməkdaşları ciddi araşdırmalar həyata keçirirlər. 

Qafqaz Xəbər Agentliyinə daxil olan məlumata görə, Vergilər Nazirliyi Mobitel şirkətində yoxlamalara başlayıb. Qısa məlumat üçün bildirək ki, 20 ilə yaxındır fəaliyyət göstərən bu şirkət mobil cihazların Azərbaycanda rəsmi distribütorudur və bu illər ərzində milyonlarla mobil telefon və cihaz satıb. 

Bu şirkətin satış şəbəkəsi demək olar ki, bütün ölkəni və iri şəhərləri əhatə edir. Redaksiyamıza daxil olan məlumatdan bəlli olur ki, yoxlama nəticəsində Mobitel şirkətinin vergidən külli miqdarda yayındığı üzə çıxıb. Məlumdur ki, Mobitel şirkəti monopolist şirkətdir, yəni onun icazəsi olmadan respublikaya heç bir sahibkar telefon qətirə bilməz. Təkcə iPhone 6 + mobil telefonun ölkəmizə yeni gətirilən günlərində Mobitel şirkəti 3 miliyon manat gəlir əldə edib. Nəzərə almaq lazımdır ki, bu qəlir ancaq iPhone 6 + mobil telefonuna aiddir. Şirkətdə aşkar edilən qanunsuzluqlara görə, Vergilər Nazirliyi şirkəti 10 milyon manat cərimə eləməyə hazırlaşır. Şirkətin tanınmış hüquqşünas-biznesmen İlham Rəhimova məxsus olması bəllidir. Yoxlama zamanı şirkətin rəhbəri İlham Rəhimovun kürəkəni Araz Mehdiyev Gömrük Komitəsindən sənəd alıb nazirliyin əməkdaşlarına təqdim eləsə də, ona izah ediblər ki, bu çıxış yolu deyil. Çünki ölkədə mobil telefonların real satış qiymətini nəzərə alanda məlum olur ki, şirkət külli miqdarda vergidən yayınıb. 

Məlumata görə, hətta Araz Mehdiyev Vergilər Nazirliyinin əməkdaşları ilə razılığa gəlmək üçün cəriməni 10 milyondan 3 milyona salmağı da təklif edib. Amma təklifi qəbul etməyən vergi əməkdaşları şirkətin telefon satışını dərhal dayandıraraq şirkət barəsində ciddi tədbir görməyə qərar veriblər. Bunun nəticəsinin ağır olacağını şirkətin sahibi gözəl anlayır. Çünki Mobitel şirkəti digər distribütordan pulları əvvəlcədən alıb sifarişi qəbul edir və sonra onların sifarişini təmin edir. Satış dayananda isə distributerlər pullarını geri istəyəcəklər, bu isə şirkət üçün müflis olmaq deməkdir.
qafqaznews.az 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA