Əli Abbasovdan mobil telefonlarla bağlı açıqlama

img

18-02-2015 [14:16]


Azərbaycanda ölkəyə mobil telefonların idxalı zamanı xüsusi şərtlər tətbiq olunacaq.

"Trend" xəbər verir ki, bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, Rabitə Nazirliyi müvafiq dövlət strukturları ilə birlikdə tədbirlər planı hazırlayıb.

Nazir hesab edir ki, Azərbaycanda pərakəndə elektron kommersiya böyük sürətlə inkişaf edir. Əgər 2013-cü ildə elektron kommersiyanın həcmi 1,7 milyon manat təşkil edirdisə, 2014-cü ildə bu göstərici 20 milyon manata çatıb: "Еlektron kommersiya ölkə əhalisi arasında böyük populyarlıq qazanıb. Lakin son vaxtlar bazarda əsasən mobil telefonların qaçaqmalçılığı ilə bağlı arzuolunmaz faktlar aşkar olunub. Biz müvafiq strukturlarla tədbirlər planı hazırlamışıq və plan mobil telefonların idxalı ilə bağlı xüsusi rejimin tətbiqini nəzərdə tutur. Digər istehlak mallarının elektron ticarətinə gəldikdə, bu planda heç bir problem olmayacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA