Əhali manatdan nə itirəcək? - Ekspert açıqladı

img

17-02-2015 [17:42]


"Əlində 5-10 min manat olan adamların tələm-tələsik qaçaraq pulunu dəyişməsinə heç bir ehtiyac yoxdur”. 

İqtisadçı ekspert Samir Əliyev bildirib ki, əlində az miqdarda vəsait olan ölkə vətəndlaşlarının ajiotaja düşməsinə səbəb yoxdur: "İki gün ərzində manatın dollara nisbətən 0,1 faiz dəyər itirib. Yəni 10 min manatı olan adam üçün bu, 10 manat itki deməkdir. Bəziləri banklarda olan depozitlərini çıxararaq dollara çevirməyə çalışırlar. Amma anlamırlar ki, depozit müqaviləsini pozmaq üzündən ediləcək cəriməyə görə daha çox itkiyə məruz qalacaqlar”. 

Ekspertin fikrincə, manatın ucuzlaşmasından yalnız əlində iri nağd vəsait olan insanlar nəzərə çarpacaq dərəcədə pul itirə bilərlər: "Əlində 100 min manat olan adam, deyək ki, 100 manat itirib. Həmin vəsaitdən çox pulu olanlar narahat ola bilərlər”. 

Samir Əliyevin sözlərinə görə, hazırda vətəndaşların əllərində bir neçə milyard manat nağd vəsait var ki, Mərkəzi Bank üçün həmin vəsaitlərin hamısını dollara çevirmək elə də çətin olmayacaq: "Yəqin ki, bir neçə gün həmin pulların təzyiqi yaşanacaq və AMB bazarı tam dollarla doydurmalı olacaq. Sonra isə sabitləşmə baş verəcək. Buna görə də, evində bir neçə min manat olan vətəndaşların təşvişə düşməsinə heç bir səbəb yoxdur”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA