17-02-2015 [10:12]
Nazirlər Kabineti "Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri”nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
Mia.az report.az-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, avtomobil yolları əhəmiyyətinə, yol şəbəkəsində tutduğu yerə, funksional təyinatına, istifadə imkanlarına, istifadəçilərinə və mülkiyyətçilərinə görə ümumi və xüsusi istifadədə olan avtomobil yolları, dövlət avtomobil yolları, bələdiyyə avtomobil yolları, özəl avtomobil yolları, respublika əhəmiyyətli avtomobil yolları, yerli əhəmiyyətli avtomobil yolları, şəhər avtomobil yolları, müdafiə təyinatlı avtomobil yolları və sahə avtomobil yolları kimi təsnif olunur.
Qaydaya görə, avtomobil yollarının bütün istifadəçilərinin tələbatını təmin edən avtomobil yolları, beynəlxalq avtomobil yolları, müdafiə təyinatlı avtomobil yolları, yerli əhəmiyyətli və şəhər yolları, ümumi istifadə üçün açılmış bələdiyyə avtomobil yollarıdır. Bu bölməyə "ödənişli avtomobil yolları" hissəsi də əlavə edilib.
Qaydaya əsasən, şəhər avtomobil yolları şəhər ərazisinin bir hissəsini təşkil edir, sərhədləri qırmızı xətlə (şəhərsalma sənədləri ilə müəyyənləşdirilmiş və mikrorayonların, məhəllələrin, habelə digər planlaşdırma strukturlarının ərazilərini küçə və meydanlardan ayıran sərhədlər) müəyyənləşdirilir və nəqliyyatın, piyadaların hərəkəti və yaşıllıqların yerləşdirilməsi üçün nəzərdə tutulur.
Azərbaycanda şəhər avtomobil yolları nəqliyyat vasitələrinin hərəkətini təmin etmək əhəmiyyətinə və istifadə imkanlarına görə magistral avtomobil yolları, ümumşəhər əhəmiyyətli prospekt, küçə və yollar, rayon əhəmiyyətli prospekt, küçə və yollar, qəsəbə və kəndlər arası yollar, qəsəbələrin, kəndlərin küçə və yolları, habelə məhəllədaxili yollar (bələdiyyə mülkiyyətində olan yollar istisna olmaqla)kimi təsnif edilir.
Qaydalarda terminlərin izahı da verilib.
Magistral avtomobil yolları - şəhərin rayonlarını, eləcə də hava və dəniz limanlarını, dəmir yol stansiyalarını, qoruq və istirahət zonalarını birləşdirən və nəqliyyatın yüksək sürətli hərəkətini küçə və yol kəsişmələrində tikilən müxtəlif səviyyəli yol qovşaqları vasitəsilə təmin edən avtomobil yollarıdır. Ümumşəhər əhəmiyyətli prospekt, küçə və yollar - şəhərin sərhədləri daxilində yaşayış, sənaye rayonları və ictimai mərkəzlər arasında, eləcə də şəhər ərazisindəki sürətli hərəkət yolları ilə digər prospekt və küçələr arasında yolları birləşdirən və müxtəlif səviyyəli yol qovşaqları, həmçinin digər küçələrlə kəsişmələrdə tikilmiş eyni səviyyəli yol qovşaqları vasitəsilə nəqliyyatın hərəkətini təmin edən avtomobil yollarıdır. Rayon əhəmiyyətli prospekt, küçə və yollar - rayonun daxilində yerləşən və ümumşəhər əhəmiyyətli prospekt və küçələrlə nəqliyyatın əlaqəsini təmin edən avtomobil yollarıdır. Digər küçələrlə kəsişmələri əsasən bir səviyyədə olur. Qəsəbə və kəndlər arası yollar - ümumşəhər və rayon əhəmiyyətli prospekt, küçə və yollar ilə qəsəbə və kənd yaşayış məntəqələri arasında nəqliyyat əlaqələrini təmin edən yollardır.
Qəsəbələrin, kəndlərin küçə və yolları, habelə məhəllədaxili yollar (bələdiyyə mülkiyyətində olan yollar istisna olmaqla) - qəsəbə və kəndlər, mikrorayon və digər yaşayış zonaları daxilində, ictimai mərkəzlər, idarə və müəssisələr, xidmət müəssisələri arasında nəqliyyat və piyada hərəkətini təmin edən yollardır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi