Kolbasaya "halal" dedilər, amma tərkibindən bunlar çıxdı - Rəsmi

img

14-02-2015 [15:40]


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi kolbasalardan donuz əti aşkarlayıb.

Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, "İlahə-96" İKM-nin "Lider R.M" nişanlı "Moskovskaya texnologiya" adlı bişmiş hisə verilmiş "Servelat kolbasası"nda və "Aymin" MMC-nin "Bakı" nişanlı bişmiş hisə verilmiş servelat kolbasasında nöqsan aşkarlanıb. 

Aparılan anilizlərin cavabından məlum olub ki, təqdim edilmiş nümunələrdə məhsulun markalanmasında qeyd olunmayan donuz əti aşkar edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA