13-02-2015 [19:32]
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Naxçıvan Muxtar Respublikasında olub. Həmin gün S.Müslümov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, görüşdə V.Talıbov xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu və Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilən müstəqil Azərbaycanın uzunmüddətli tərəqqi strategiyasının Naxçıvan MR-də uğurla icra olunduğunu, həyatın bütün sahələrində mühüm nailiyyətlərin əldə edildiyini diqqətə çatdırıb. V.Talıbov bildirib ki, bir neçə gün öncə, fevralın 9-da yaradılmasının 91 illik yubileyi qeyd edilən Naxçıvan MR iqtisadi və sosial həyatın bütün sahələrində dinamik inkişafa nail olub və makroiqtisadi sabitlik ilbəil qorunub saxlanılır. Son on ildə əhalinin gəlirlərində 10 dəfədən də çox artım qeydə alınıb. Eyni zamanda, son on ildə əhalinin sosial müdafiəsi və təminatına çəkilən xərclər 55 dəfədən çox artıb, yoxsulluq səviyyəsi 35,1 faizdən 4,5 faizə enib.
Ali Məclisin sədri əmək və əhalinin sosial müdafiəsi sahəsində Azərbaycanda aparılan islahatların Naxçıvan MR-də də yüksək səviyyədə həyata keçirildiyini vurğulayıb. V.Talıbov bildirib ki, MR-də bütün işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin tam rəsmiləşdirilməsinə, bütün iş yerlərində, o cümlədən özəl müəssisələrdə işçi hüquqlarının təminatına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına, əməyin təşkili və təhlükəsizlik qaydalarına əməl olunmasına dövlət nəzarətinin təmin edilməsi diqqətdə saxlanılır. Muxtar respublikada əhalinin səmərəli məşğulluğunun inkişafına yönələn tədbirlər davam etdirilir, işçi qüvvəsinin iqtisadiyyatın inkişafına, əmək bazarının tələblərinə uyğun keyfiyyətcə yüksəldilməsi, həmçinin sosial cəhətdən həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi üçün məqsədyönlü işlər aparılır.
S.Müslümov blokada şəraitində olmasına baxmayaraq, Naxçıvan MR-nın bütün sahələrdə əldə etdiyi tarixi nailiyyətlərin, beş min illik şəhər mədəniyyəti olan Naxçıvanın bu günkü dinamik inkişafının, burada aparılan davamlı və genişmiqyaslı tikinti-quruculuq işlərinin qürurverici olduğunu vurğulayıb. Nazir bildirib ki, ulu öndərimiz Heydər Əliyevin müdrik siyasi kursunun və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasətinin Naxçıvan MR-da yüksək səviyyədə icrası muxtar respublikanın bu uğurlarını, onun hərtərəfli və sürətli tərəqqisini təmin edir: "Cənab Prezidentin Naxçıvan MR-in 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə qeyd etdiyi kimi, "bu gün Naxçıvan sözün əsl mənasında inamla, uğurla inkişaf edir”.
S.Müslümov qeyd edib ki, muxtar respublikada iqtisadi və sosial əhəmiyyətli mühüm infrastruktur layihələrinin icrası, davamlı müasirləşmə, əksər ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi, ixrac potensialının genişlənməsi, sosial rifah halının daim yüksəlməsi, əhali sakinliyi və demoqrafik proseslərdə müsbət meyllərə malik olması onun mühüm inkişaf göstəriciləridir. Ümumən Azərbaycanın özünəməxsus inkişaf modelinə uyğun olaraq, Naxçıvan MR-də də mühüm iqtisadi nailiyyətlər eyni zamanda güclü sosial siyasətlə, əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi ilə müşahidə olunur: "Xüsusilə qeyd edilməlidir ki, bu gün Naxçıvan MR bütün sahələrdə, eyni zamanda əmək və sosial müdafiə sahəsində mütərəqqi islahatların uğurla həyata keçirildiyi bir məkan kimi də diqqəti cəlb edir”. Nazir son illərdə ölkədə əmək münasibətlərinin elktron müstəvidə şəffaflaşdırılması, sosial təminat və tibbi-sosial təminat sisteminin avtomatlaşdırılması sahəsində aparılan islahatların bu sahələrdə əhaliyə şəffaf və müasir iş mexanizmləri üzərində keyfiyyətli xidmətlər göstərilməsinə yönəldiyini bildirib.
Görüşdə Naxçıvan MR-də əmək və sosial müdafiə sahələrində görülən işlərə, aparılan islahatlara dair fikir mübadiləsi aparılıb.
Daha sonra S.Müslümov Naxçıvan MR-rə səfəri çərçivəsində Məhdud Fiziki İmkanlı İnsanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub. Müasir tələblər səviyyəsində tədris və xidmət şəraitinin mövcud olduğu Mərkəz Naxçıvan şəhəri daxil olmaqla muxtar respublikanın 7 rayonunda yaşayan məhdud fiziki imkanlı insanlar istifadə edə bilir. İkimərtəbəli mərkəzdə kompyuterlə təchiz olunmuş tədris otaqları, subtitrli filmlərin nümayiş olunduğu kinozal, audiostudiya, istirahət otağı, iclas zalı və s. fəaliyyət göstərir. Burada gözdən əlil və görmə qabiliyyəti zəif olan insanların Brayl monitorları ilə internetə daxil olaraq informasiya əldə etmələri və informasiyanı Brayl printerləri ilə çap etmələri, həmçinin Brayl şriftli kitablardan ibarət guşədə xüsusu avadanlıqlarla hər hansı məlumatı kompyuterə köçürüb səsləndirmələri və s. üçün lazımi şərait vardır. Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncə şəhərində və Yevlax rayonunda da məhdud fiziki imkanlı insanlar üçün Regional İnformasiya Mərkəzləri yaradılıb.
Naxçıvan MR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də olan S.Müslümov nazirliyin fəaliyyəti,
iş şəraiti ilə yaxından tanış olub.
Nazirlik tərəfindən sosial müdafiə sisteminin təkmilləşdirilməsi, iş sahələrində
şəffaflığın təmin olunması, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin
gücləndirilməsi, əmək müqaviləsi
bildirişlərinin elektron informasiya sistemində qeydiyyatdan keçirilməsi və digər
sahələrdə görülən işlər müzakirə edilib.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi