12-02-2015 [11:51]
Azərbaycan bankları pulu paytaxtda qazanmağa üstünlük verirlər. Regionların inkişafı məqsədilə həyata keçirilən dövlət proqramları, aqrar sahənin inkişafı ilə bağlı aparılan siyasətə baxmayaraq ölkə banklarının əksəriyyəti fəaliyyətinin böyük hissəsini Bakıda cəmləşdirib.
Fins.az-ın məlumatına görə, Azərbaycan banklarının filiallarının böyük hissəsinin paytaxtda cəmləşməsi belə deməyə əsas verir. Belə ki, ölkədəki 44 kommersiya bankının 733 filialından 411-i Bakı və Abşeron yarımadasında, 322-si isə regionlardadır.
4 bankın ümumiyyətlə filialı yoxdur
Ən çox filial şəbəkəsi olan bank "Kapitalbank”dır. Bank ölkə üzrə 87 filiala sahibdir. Filiallarının sayına görə, 2-ci yerdə "Muğanbank” (43), 3-cü yerdə isə "Accessbank” (42) qərarlaşıb. İlk 5-liyi 39 filialla "Unibank” və "Zaminbank” tamamlayır.
4 bankın ümumiyyətlə filialı yoxdur. Bunlar "Azərbaycan Kredit Bankı”, "Günaybank”, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır. "Bank Avrasiya” və "Eurobank” isə cəmi 1 filialla, Mərkəzi Bankdan yenicə lisenziya almış "Caspian Development Bank” (əvvəlki "Kövsərbank”) və "Naxçıvanbank” isə 2 filialla təmsil olunur.
Filialların yarıdan çoxu Bakıdadır
Bankların filiallarının 56%-i Bakı, Sumqayıt və Abşeronda, 44%-i isə digər regionlarda yerləşir. Bölgələrdə ən çox filialı olan bank da "Kapitalbankdır. Bankın 87 filialının 63-ü bölgələrdədir. Növbəti yerlərdə "Muğanbank” (26), "Accessbank” (25), "Azərbaycan Beynəlxalq Bankı” (21), "Dəmirbank” və "Xalqbank” (hərəyə 18 filial) qərarlaşıb.
Bölgələrdən ən az filialı olan bank isə "Caspian Development Bank”, "Dekabank”, "Qafqaz İnkişaf Bankı”, "Naxçıvanbank”, "Yapı Kredi Bank” və "Yunayted Kredit Bank”dır. Bu bankların bölgələrdə cəmi 1 filialı var.
Bölgədəki filialların ümumi filialların sayına nisbətinə gəlincə isə, bu baxımdan 40 bank arasında ən yüksək göstərici təbii olaraq "Gəncəbank”dadır – 80%. Regional bankın 5 filialından cəmi 1-i Bakıda yerləşir. Nisbəti göstəriciyə görə 2-ci yeri "Xalq Bank” tutub. Bu bankın 24 filialından 18-i və yaxud filiallarının 75%-i bölgələrdə yerləşir.
"Kapitalbank” da bu nisbət 72%-dir. Bankın 87 filialından 63-ü Abşerondan kənardadır.
Sözügedən nisbət "Rabitəbank”da 63%, "Accessbank” və "Muğanbank”da 60%, "Azərbaycan Beynəlxalq Bankı”nda 58%, "Dəmirbank”da 55%, "Azər-Türk Bank”, "Caspian Development Bank”, "Kredobank” və "Naxçıvanbank”da isə 50%-dir.
«Bakılı» banklar
Ölkə banklarının bir qrupunu isə «bakılı» saymaq olar. Bu qrupa daxil olan bankların bölgədəki filialları 30%-dən də azdır. Belə bankların sayı 17-dir və onlar ölkədəki bütün bankların təqribən 40%-ni təşkil edirlər. Maraqlıdır ki, bunların arasında kifayət qədər böyük müştəri bazasına və filial şəbəkəsinə malik banklar var. Bura "Bank of Baku”, "NBC Bank”, "Bank Technique”, "Azərbaycan Sənaye Bankı”, "Bank Standard”, "Bank Nikoil”, "PAŞA Bank”, "Bank Respublika” kimi banklar daxildir. "Bank VTB”, "Bank BTB”, "Bank Avrasiya” və "Eurobank”ın isə bölgələrdə ümumiyyətlə filialı yoxdur.
№ | Kommersiya bankının adı | Ümumi filial sayı | Bakı, Sumqayıt, Abşeron | Ölkənin digər regionları | Bölgə filiallarının ümumi filiallarda payı |
1 | "Gəncəbank” | 5 | 1 | 4 | 80% |
2 | "Xalq Bank” | 24 | 6 | 18 | 75% |
3 | "Kapitalbank” | 87 | 24 | 63 | 72% |
4 | "Rabitəbank” | 24 | 9 | 15 | 63% |
5 | "Muğanbank” | 43 | 17 | 26 | 60% |
6 | "Accessbank” | 42 | 17 | 25 | 60% |
7 | "Azərbaycan Beynəlxalq Bankı” | 36 | 15 | 21 | 58% |
8 | "Dəmirbank” | 33 | 15 | 18 | 55% |
9 | "Kredobank” | 16 | 8 | 8 | 50% |
10 | "Azər-Türk Bank” | 4 | 2 | 2 | 50% |
11 | "Caspian Development Bank” | 2 | 1 | 1 | 50% |
12 | "Naxçıvanbank” | 2 | 1 | 1 | 50% |
13 | "Atabank” | 21 | 11 | 10 | 48% |
14 | "Turanbank” | 13 | 7 | 6 | 46% |
15 | "Zaminbank” | 39 | 22 | 17 | 44% |
16 | "Parabank” | 16 | 9 | 7 | 44% |
17 | "Bank Silk Vey” | 5 | 3 | 2 | 40% |
18 | "AGBank” | 20 | 13 | 7 | 35% |
19 | "Unibank” | 39 | 26 | 13 | 33% |
20 | "Amrahbank” | 24 | 16 | 8 | 33% |
21 | "Bank of Azerbaijan” | 15 | 10 | 5 | 33% |
22 | "Qafqaz İnkişaf Bankı” | 3 | 2 | 1 | 33% |
23 | "Expressbank” | 16 | 11 | 5 | 31% |
24 | "Bank Technique” | 31 | 22 | 9 | 29% |
25 | "NBC Bank” | 11 | 8 | 3 | 27% |
26 | "Bank of Baku” | 24 | 18 | 6 | 25% |
27 | "Bank Nikoil” | 20 | 15 | 5 | 25% |
28 | "Azərbaycan Sənaye Bankı” | 9 | 7 | 2 | 22% |
29 | "PAŞA Bank” | 9 | 7 | 2 | 22% |
30 | "Bank Standard” | 14 | 11 | 3 | 21% |
31 | "AFB Bank” | 10 | 8 | 2 | 20% |
32 | "Yunayted Kredit Bank” | 6 | 5 | 1 | 17% |
33 | "Atrabank” | 13 | 11 | 2 | 15% |
34 | "Bank Respublika” | 13 | 11 | 2 | 15% |
35 | "Dekabank” | 7 | 6 | 1 | 14% |
36 | "Yapı Kredi Bank” | 13 | 12 | 1 | 8% |
37 | "Bank VTB” | 12 | 12 | 0 | 0% |
38 | "Bank BTB” | 10 | 10 | 0 | 0% |
39 | "Bank Avrasiya” | 1 | 1 | 0 | 0% |
40 | "Eurobank” | 1 | 1 | 0 | 0% |
41 | "Günaybank” | 0 | 0 | 0 | - |
42 | İran Milli Bankının Bakı filialı | 0 | 0 | 0 | - |
43 | Pakistan Milli Bankının Bakı filialı | 0 | 0 | 0 | - |
44 | "Azərbaycan Kredit Bankı” | 0 | 0 | 0 | - |
| Cəmi | 733 | 411 | 322 | 44% |
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi