Yanvar ayında baş verən qanun pozuntuları - Nazirlik açıqladı

img

12-02-2015 [11:45]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, habelə işəgötürənlər arasında müvafiq təbliğat-məlumatlandırma işlərinin aparılması iş yerlərində əmək qanunvericiliyinin pozulması hallarının azalmasına səbəb olur.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, cari ilin yanvar ayında DƏMX həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 492 fakt aşkar olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz azdır. Belə hallara əsasən özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında yol verilib. 

Aşkar edilmiş hüquq pozuntularına görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən, aidiyyatı işəgötürənlərə tətbiq olunmuş cərimələrin 50,6 faizi (85796  manat) dövlət büdcəsinə ödənilib ki, həmin məbləğ 2014-cü ilin yanvar ayına dair müvafiq göstərici ilə müqayisədə 44,9 faiz çoxdur. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA