Samir Şərifov G-20-yə dəvət olunub

img

09-02-2015 [10:45]


Fevralın 9-10-da İstanbulda "G-20” ölkələrinin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin iclası keçiriləcək.

 Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, toplantıda iştirak etmək üçün Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov da dəvət olunub.

"G-20” ölkələri rəhbərlərinin noyabr ayında keçiriləcək toplantısına hazırlıq məqsədi daşıyan iclasda maliyyə nazirləri və Mərkəzi Bank rəhbərləri qlobal iqtisadiyyat, davamlı və balanslaşdırılmış inkişaf çərçivəsi, investisiya və infrastruktur, beynəlxalq maliyyə arxitekturası və maliyyə tənzimləməsi, habelə beynəlxalq vergi və digər məsələlərlə bağlı müzakirələr aparacaq. Bundan başqa, inkişaf etmiş ölkələrdəki fərqli iqtisadi artımlar, habelə hazırda ABŞ iqtisadiyyatında nəzərə çarpan iqtisadi artımla müqayisədə Avropada müşahidə olunan geriləmə kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq, gələcəkdə atıla biləcək ortaq addımlar müəyyən olunacaq.

"G-20” ölkələri rəhbərlərinin toplantısı noyabr ayında Türkiyədə keçiriləcək. Azərbaycan Respublikası "G-20”-nin ev sahibi kimi Türkiyə Respublikası tərəfindən dəvətli ölkə qismində bu toplantılarda iştirak edir

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA