ARDNŞ söz verdi - Aİ-92-də problem olmayacaq

img

08-02-2015 [13:39]


Benzinə olan illik tələbatın artmasına baxmayaraq, ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) malik olduğu istehsalat obyektləri Heydər Əliyev adına Bakı neft emalı zavodunda (NEZ) yenidənqurma və modernləşdirmə işləri tamamlanana kimi Azərbaycanda Aİ-92 markalı benzinə olan tələbatı tam təmin etməyə imkan verəcək. 

Bu barədə Trend-ə ARDNŞ-dəki mənbə bildirib. Ötən il respublikanın benzinə artan tələbatının təmin edilməsi çərçivəsində ARDNŞ Aİ-95 markalı benzinin istehsalını tamamilə dayandırdı. Şirkət respublikada sərf edilən benzinin əsas hissəsi olan Aİ-92 benzininin istehsalına keçdi. Ölkədə 95 oktan ədədli benzinə tələbat idxal hesabına təmin olunur.

Mənbə bildirib ki, respublikanın Aİ-92 benzininə tələbatı tamamilə təmin olunur və NEZ tam modernləşdirilənə qədər təmin olunacaq: "Bu onunla izah olunur ki, istehlakın artması ilə paralel olaraq modernləşdirmə nəticəsində emal obyektləri də genişləndirilir".

Onun sözlərinə görə, Azərbaycanda istehlak olunan benzinin ümumi həcmində Aİ-92 markalı benzinin payı təxminən 80-90 faizdir.

Heydər Əliyev adına Bakı NEZ-in modernləşdirilməsi işlərini 2018-ci ilin sonu, 2019-cu ilin əvvəllərində başa çatdırmaq planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA