28-01-2015 [12:38]
Ölkə başçısı çıxışında vurğulayıb ki, manatın məzənnəsi sabitdir: ”Dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinə heç bir mənfi təsir olmamışdır. Əksinə, manat daha da güclənir. Hesab edirəm ki, biz bu məsələyə baxmalıyıq. Çünki o vaxt biz pul islahatını apararkən bir manat bir dollara bərabər idi. Ondan sonra manatın qiyməti qalxdıqca 1 manat 1,3 dollar olmuşdur. Bir növ manat avroya bağlı idi. Bir manat bir avro. İndi isə bir manat bir avrodan daha da qiymətlidir və bahalıdır. Əlbəttə ki, sosial məsələlərin həlli üçün bu, müsbət amildir. Ancaq biz bütün məsələlərə kompleks şəkildə yanaşmalıyıq. İqtisadiyyat, ixrac potensialımız üçün bu, o qədər də müsbət hal deyil. Ona görə hesab edirəm ki, manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil. Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək. Eyni zamanda, bu, insanların gündəlik həyatına ancaq müsbət təsir göstərəcək. Eyni zamanda, bizim ixracımız üçün heç bir problem yaranmamalıdır. Çünki Azərbaycan iqtisadiyyatı bundan sonra ixracyönümlü iqtisadiyyat kimi inkişaf etməlidir.”
"Qafqazinfo” hökumətin bu durumda hansı addımlar atacağı ilə bağlı iqtisadçı ekspert Zöhrab İsmayıldan münasibət öyrənib. Z. İsmayıl bildirib ki, prezidentin çıxışı onu göstərir ki, hökumət manatın kursunu bir az buraxmaq istəyir: "Azərbaycan hökuməti bütün siyasətini möhkəm manat üzərində qurmaq istəyirdi. Ölkə idxaldan geniş mənada asılı olduğundan manatın kursu sabit qalmalıdır ki, qiymətlər bahalaşmasın. Amma indi artıq manatı sabit saxlamaq üçün Mərkəz Bank böyük vəsait xərcləyir. Bu hökuməti narahat edir. Belə gedərsə, bu ilin içində Mərkəz Bankın valyuta rezervləri bitə bilər. İkincisi, dünya bazarında neftin qiyməti kəskin azaldığından Azərbaycan hökuməti 2014-ci ilin büdcəsinin xərclərini təxminən 7 faiz azaltmalı olub”.
Ekspert qeyd edib ki, 2015-ci ilin büdcə gəlirləri isə özünü doğrultmayacaq: "Buna görə də belə görünür ki, hökumət manatın kursunun bir qədər ucuzlaşmasına imkan yaratmaqla həm valyuta rezervlərini qismən qorumaq, həm də büdcəni doldurmaq barədə düşünür. Amma Azərbaycan kimi idxaldan asılı olan ölkələr üçün bu təhlükəlidir. Manatın kursu düşərsə, bu idxal olunan malların qiymətində özünü göstərəcək, yəni idxal malları bahalaşacaq. Həmçinin bu banklar üçün ciddi problem yaradacaq. Əmanətçilər banklardan manatla olan pullarını götürməyə və dollara çevirməyə başlayacaqlar. Bu bankların vəziyyətini ağırlaşdıracaq və o biri tərəfdən dollara tələbatı artıracaq. Əgər bununla paralel islahatlar aparılsa, xarici ticarətdəki korrupsiya, vergi və prosedur baryerlərinin xərci azaldılarsa, sahibkarlıq üçün mühit sağlamlaşdırılarsa bu öz effektini verərdi. Amma indiki halda bu satılan neftin müqabilində əldə olunan dollarları dəyişəndə daha çox manat əldə etmək məqsədi güdür. Bu isə idxal mallarının bahalaşması və bank böhranının dərinləşməsinə səbəb olacaq”.
Z. İsmayıl vurğulayıb ki, vaxtilə manatı denominasiya edərkən onu 5000-ə bölmək çox ciddi səhv idi: "Sadəcə 3 sıfırı götürmək lazım idi. Bu şəkildə denominasiya ölkədə qiymətləri kəskin bahalaşdırdı. Eyni zamanda zaman-zaman manatın kursunu süni şəkildə möhkəmlətmək də ciddi səhv idi. Milli valyutanın real effektiv məzənnəsi vacib amildir. Manat zaman-zaman təbii olaraq ucuzlaşmalı idi. İndi onu qısa müddətdə real effektiv məzənnəyədək ucuzlaşdırmaq Azərbaycan iqtisadiyyatının "sabitliyi" üçün faciə ola bilər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi