Azərbaycanda bir bank bütün filiallarını bağladı

img

28-01-2015 [11:06]


Rusiyanın "Rabitə" bankı bütün filallarını bağlamaq qərarına gəlib
 
Bu barədə bankın idarə heyətinin sədri Yevgeni Davidoviç məlumat verib: "Biz filallara ödəniş etməyi dayandıracağıq. Bütün işçi heyətinə bu qərar aiddir. Bunu daha əvvəl də edə bilərdik. Bundan sonra hesablara ödəniş, kreditlərin ödənilməsi, kartların hazırlanması distans bank xidmətinin sistemi vasitəsilə həll ediləcək. Hesablar üzrə çıxarış, sənədlərin verilməsi elektron poçt vasitəsi ilə həyata keçiriləcək".

Xatırladaq ki, filialların bağlanması barədə qərar 16 yanvarda elan edilmişdi, ancaq hansı bölmələrin bağlanması müəyyənləşdirilməmişdi. Bundan əlavə, bankın kredit bölməsi də 5 günlük iş rejiminə keçəcək. Əvvəllər iş rejimi həftədə 6 gün idi.

Qeyd edək ki, ötən ilin 12 noyabrında "Oneksim" qrupunun rəhbəri Mixail Proxorov bankın 90 faiz səhmini satın alıb. "Rabitə" bankı Rusiyadakı Top-100 bank arasında önəmli yer tutur(Axar.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA