OPEK-dən açıqlama gəldi, neftin qiyməti bahalaşmağa başladı

img

27-01-2015 [13:34]


OPEK başçısının açıqlamasından sonra neft sürətlə bahalaşmağa başlayıb.

 ANS PRESS-in məlumatına görə, OPEK sədri Abdulla əl-Bədri bildirib ki, neftin qiyməti bundan aşağı düşməyəcək. 

OPEK başçısı həm də bildirib ki, yaxın günlərdə neft bahalaşmağa başlayacaq. Onun sözlərinə görə, sərmayə qoyuluşu lazımi səviyyədə olmazsa, üç-dörd ilə neftin barreli 200 dollara qalxa bilər. 

Bu gün səhər bazarlar bu bəyanata reaksiya verib. Bakı vaxtı ilə səhər saat 9.40-da Brent neftinin barreli 0,08 dollar bahalaşaraq 48,24 dollara, Texas neftinin barreli isə 0,04 dollar bahalaşaraq barreli 45,19 dollara qalxıb. 

Bununla belə, təhlilçilər bazara ciddi təsirin OPEK-in ilin ortasında hasilatın səviyyəsi ilə bağlı keçirəəcyi iclasdan sonra mümkün ola biləcəyini ehtimal edirlər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA