23-01-2015 [15:48]
Mia.az xəbər verir ki, Milli.Az-ın bölgə müxbirlərinin göndərdikləri məlumatlarda qeyd edilir ki, Tovuzda, Ağcabədidə, Xaçmazda, Şamaxıda dana ətinin satışında qiymət aşağı düşüb. Bir ay bundan öncə dana əti rayonlarda 8-9 manata satılırdısa, hazırda bu qiymət 5-6 manata düşüb. Alıcılar da ətin ən ucuz satıldığı mağazalara üz tuturlar.
Şamaxıda rayon mərkəzi bazarında və bəzi kəsim yerlərində qiymətlər stabil olaraq 6 manatdan satılsa da, elə yerlər də var ki, dana əti alıcılara 5 manatdan təqdim olnur. Satıcılar satışdan, alıcılar isə ucuz qiymətdən razıdırlar. Bəzi satıcılar kəsdikləri heyvanları özləri saxlayır və qiyməti də bu cür tənzimləyirlər. Səhər kəsilən dana artıq günortaya qədər satılır. Hər mağaza gün ərzində 100-200 kq ət satır.
Ağcabədi rayonu ərazisində də əvvəllər 8 manata satılan mal əti indi alıcılara 6 manata təklif olunur. Qoyun ətinin qiyməti isə 9-10 manatdan 8 manata düşüb.
Satıcı Mobil İbadov deyir ki, ətin ucuzlaşmasına baxmayaraq, alıcıların sayı artmayıb. Əvvəlki vaxtla müqayisədə satışa daha çox heyvan çıxaran fermerlər isə bazarda alıcı tapmaqda çətinlik çəkdiklərini deyirlər. Fermer Sərvər Məmmədov bildirir ki, əvvəllər Ağcabədidə bir ədəd yonca bağlamasını 2 manat 50 qəpiyə, 3 manata alırdılarsa, indi bu göstərici 5 manatdır. Çəkilən xərc və zəhmət müqabilində verilən qiymətin aşağı olması səbəbindən isə əksər fermerlər heyvanlarını satışa çıxarırlar. Bu səbəbdən də bazarlarda heyvanların sayı çoxalıb.
Fermerlər həm də çəkisi çox olan heyvanları satmağın xüsusilə çətin olduğunu deyirlər.
Milli.Az ətin ucuzlaşması və bunun digər kənd təsərrüfatı məhsullarının qiymətinə necə təsir edəcəyi ilə bağlı kiçik bir araşdırma aparıb. İqtisadi-ekspert Vüqar Bayramovun sözlərinə görə, ucuzlaşmanın əsas səbəbi birmənalı şəkildə təklifin artmasına görədir. "Ət məhsullarının ucuzlaşmasının başlıca səbəbi bazara çıxarılan ət məhsullarının həcminin artmasıdır. Məhz buna görə təklifin artması qiymətin azalmasına gətirib çıxarıb. Təklifin artması yalnız fermerlərin, sahibkarların hansısa xərclər səbəbindən öz məhsullarını bazara çıxarması ilə bağlı deyil, heyvandarlıqda müşahidə edilən artımla bağlıdır. Son iki ildə aqrar sektorda inkişaf müşahidə olunur ki, bu da təklifin artmasına gətirib çıxarır".
Ekspert oxucuların nəzərinə çatdırıb ki, Azərbaycan ət məhsullarına olan tələbatın bir qismini Gürcüstandan idxal etməklə ödəyir.
"Əslində Avropadan Rusiyaya qoyulan embarqodan sonra güman edilirdi ki, Gürcüstan öz məhsullarının əhəmiyyətli hissəsini Rusiya bazarına çıxaracaq, amma bu da reallaşmadı. Çünki rublun məzənnəsinin aşağı düşməsi və Rusiyada alıcılıq qabiliyyətinin azalması, artıq Gürcüstan iş adamları üçün Rusiyanı cəlbedici etmədi. Məhz buna görə iş adamları malları Azərbaycanda satmağa üstünlük verdilər. Təklifin artması həm yerli istehsalın, həm də ölkəyə idxalın çoxalması ilə bağlıdır. Xüsusən qoyun ətinə olan tələbatın ödənilməsində Gürcüstanın idxalı əhəmiyyətlidir. Gürcüstanın qonşu ölkələrində milli valyutaların devalvasiyası Azərbaycan bazarını Gürcüstan iş adamları üçün daha cəlbedici etdi. Bu da təbii ki, idxalın artmasına gətirib çıxardı".
Ekspert bildirib ki, istehlakda da müəyyən qədər azalmalar müşahidə olunub.
"Azərbaycan üçün ət məhsullarının istehlakı həmişə önəmli olub. Çünki Azərbaycan mətbəxində ət məhsulları daimi olaraq istifadə olunur. Ancaq son illər ət məhsullarının istifadədə azalması da müşahidə olunur. Bu da ət məhsullarının insan sağlamlığına ziyanlı təsiri ilə bağlıdır. Xüsusən gənc ailələr qırmrızı ətdən az istifadə edirlər və bunun əvəzinə toyuq və quş əti yeyirlər ki, bu da tələbin azalmasına gətirib çıxarır. Ailələrin qida rasionu dəyişir. Artıq azərbaycanlılar Avropa və insan sağlamlığına az zərər verən mətbəxə üz tutmağa başlayırlar. Məhz bunlara görə tələb azalır və qiymətlər düşməyə başlayır.
Ət məhsullarının Bakıdakı qiymətləri ilə bağlı sualımızdan da yan keçməyən ekspert bu barədə təəssüflənərək bildirdi ki, Bakıda ciddi azalmalar müşahidə olunmayıb.
"Rayonlarda qiymətlərdə azalmalar olsa da, təəssüf ki, hələlik Bakıda ciddi azalmalara şahid olmamışıq. Bu da paytaxtda tələbin hələ də yüksək olması ilə bağlıdır. Bakıda təklif çoxalsa belə, tələb yüksəkdir. Amma nəzərə alsaq ki, Bakı üçün topdansatış qiymətləri rayondur, rayonlarda qiymətin azalması Bakıya da təsir edə bilər. Bu baxımdan güman olunur ki, rayonlarda qiymət azalması davamlı olarsa, o zaman Bakıda qiymətlərin azalmasını gözləmək mümkündür".
V. Bayramov sonda əlavə edib ki, digər kənd təsərrüfatı məhsullarının qiymətlərində ucuzlaşma yoxdur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi