23-01-2015 [13:02]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari il yanvarın 26-dan fevralın 5-dək Azərbaycanda "Təhlükəsiz iş ongünlüyü” elan olunub.
Mia.az xəbər verir ki, bu barədə məlumat verən Xidmətin rəisi Fuad Əlizadə ongünlüyün keçirilməsi ilə bağlı müvafiq Tədbirlər Planının təsdiq edildiyini diqqətə çatdırıb.
F.Əlizadə bildirib ki, "Təhlükəsiz iş ongünlüyü”nün keçirilməsində məqsəd işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nail olmaq, əməyin mühafizəsi sahəsində mövcud olan nöqsanların aradan qaldırılmasını və istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etməkdir. Xidmət rəisi qeyd onunan dövrdə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirlərinin də həyata keçiriləcəyini vurğulayıb: "Respublikanın bölgələrində işəgötürənlərin iştirakı ilə əməyin təhlükəsizliyi məsələlərinə həsr olunmuş dəyirmi masalar, seminar-müşavirələr, görüşlər keçiriləcək. Eyni zamanda, DƏMX, sosial tərəfdaşlar, sığorta şirkətləri və müəssisələrin nümayəndələri ilə birgə əməyin mühafizəsi sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin geniş müzakirəsi üçün tədbirin keçirilməsi də nəzərdə tutulur”. F.Əlizadə qeyd edib ki, televiziya kanallarında ongünlüyün mövzusuna uyğun məsələlərə dair videoçarxlar nümayiş etdiriləcək, mərkəzi küçə və meydanlarda, əhalinin sıx olduğu yerlərdə aidiyyatı reklam lövhələri yerləşdiriləcək. Həmçinin KİV-lərdə əməyin mühafizəsi mövzusunda maarifləndirici materialların, ongünlük çərçivəsində həyata keçirilən tədbirlərə dair məlumatların yayımı təşkil olunacaq.
Xidmət rəisi əlavə edib ki, bu tədbir işəgötürənlərin və işçilərin, ümumən cəmiyyətin diqqətini əməyin təhlükəsizliyi problemlərinin ciddiliyinə yönəldilməsini nəzərdə tutur: "Ongünlük ərzində müvafiq qurumların nümayəndələrinin iştirakı ilə tikinti və sənaye müəssisələrində, iş qəzaları riskinin böyük olduğu digər istehsalat sahələrində əməyin mühafizəsi ilə bağlı dövlət nəzarəti tədbirləri həyata keçiriləcək. Cənab Prezidentin müvafiq Sərəncamı ilə 2015-ci ilin "Kənd təsərrüfatı ili” elan edilməsi nəzərə alınaraq, dövlət nəzarəti tədbirləri kənd təsərrüfatı subyektlərini də əhatə edəcək. Dövlət nəzarəti tədbirləri nəticəsində müəssisələrdə əməyin mühafizəsi sahəsində aşkar edilən nöqsanların aradan qaldırılması üçün konkret tədbirlər görüləcək”.
Xatırladaq
ki, bundan öncə DƏMX tərəfindən ölkəmizdə ilk dəfə olaraq ötən ilin
sentyabrında "Təhlükəsiz iş həftəsi” elan edilib. Həmin həftə ərzində müvafiq
mövzuda çoxşaxəli maarifləndirmə tədbirləri ilə yanaşı, iqtisadiyyatın
ayrı-ayrı sahələrində əməyin mühafizəsi vəziyyəti araşdırılıb, aşkar edilən
nöqsanların aradan qaldırılması üçün məqsədyönlü tədbirlər görülüb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi