Azərbaycanda maşınlarla bağlı yeni qərar veriləcək

img

22-01-2015 [14:05]


Azərbaycanda avtomobillərin icbari sığortası üzrə sığorta tarifləri artırıla bilər.

Fins.az-a xəbər verir ki, bu barədə keçirilən mətbuat konfransında Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti xidmətinin şöbə müdiri Mahir Abdullayev bildirib. Onun sözlərinə görə, 2015-2017-ci illərdə sığorta bazarının inkişafı ilə bağlı Tədbirlər Planında avtomobillərin icbari sığortası üzrə sığorta məbəğlərinin artımı nəzərdə tutulur: «Sığorta məbləğləri də sığorta haqları ilə birbaşa bağlı olduğuna görə, bu artımı təmin etmək üçün sığorta tariflərinin artımı da baş verə bilər”.

Xatırladaq ki, Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planında  sığorta bazarını inkişafı ilə bağlı ciddi yeniliklər nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA