22-01-2015 [09:48]
Azərbaycan gənclərinin inkişafına yönəlmiş layihələri dəstəkləyən və təhsillə bağlı bir sıra proqramlar həyata keçirən Azərbaycan rabitə bazarının lider şirkəti Azercell Telekom-un reallaşdırdığı Bölgə Tələbə Proqramının qalibləri artıq müəyyən olunub. Bölgə Tələbə Proqramının mərhələli seçimləri nəticəsində Azercell-in Təqaüdçüsü adını qazanan beş tələbə ali təhsillərinin sonunadək şirkət tərəfindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsində biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər. Proqramın qalibləri sırasında Lənkəran Dövlət Universitetinin 1, Mingəçevir Politexnik İnstitutunun və Naxçıvan Dövlət Universitetinin 2 tələbəsi yer alıb.
Məlumat üçün bildirək ki, Azercell 15 oktyabr 2014-cü il tarixində Bölgə Tələbə Proqramına başlayıb. Azercell Naxçıvan Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində və Mingəçevir Politexnik İnstitutunda təhsil alan tələbələrə Bölgə Tələbə proqramına qatılmaq imkanını yaradıb. Bölgə Tələbə Proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan və akademik fərq yaradan tələbələrə xüsusi qayğı göstərmək, yüksək potensiallı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaq və korporativ sosial məsuliyyətli fəaliyyətlər çərçivəsində cəmiyyətə töhfə verməkdir.
Seçimlər 2 mərhələdə baş tutub. Birinci seçim mərhələsi tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsindən ibarət olub. Birinci mərhələ ərəfəsində Azercell-in İnsan Qaynaqları mütəxəssisləri Lənkaran Dövlət Universiteti, Mingəçevir Politexnik İnstitutu və Naxçıvan Dövlət Universitetində təqdimatlar keçirib. İkinci seçim mərhələsində iştirak edən tələbələrə məntiq məsələlərindən ibarət yazılı tapşırıqla yanaşı, müxtəlif mövzularda Azərbaycan dilində inşa yazmaq tapşırığı verilib. Bundan əlavə, tələbələr Azercell-in mütəxəssisləri tərəfindən keçirilən üz-üzə müsahibələrdə iştirak ediblər.Tələbələr akademik bilikləri, dünyagörüşü, elmə və təhsilə həvəsi və s. meyarlar əsasında dəyərləndirilib.
Qeyd edək ki, Azərbaycanlı tələbələr tərəfindən çox maraqla qarşılanan Tələbə Proqramı 2008-ci ildən etibarən hər tədris ilində təqdim edilir. Onlar Azercell-dən təqaüd almaqla yanaşı, həm də şirkətin mütəxəssislərinin dəstəyilə gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanıblar. Məlumat üçün bildirək ki, Azercell Telekom fəaliyyətə başladığı gündən gənclərin elm və təhsilinin inkişafı üçün bir sıra uğurlu layihələr həyata keçirib. Bu layihələr sırasında ölkə universitetlərində 3G və 4G laboratoriyalarının təşkili, Barama İnnovasiya Mərkəzi nəzdində reallaşan saysız uğurlu layihələr, müxtəlif Tələbə Proqramlarını xüsusilə qeyd etmək olar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi