Vergi borcunu ödəməyən şirkətlər - SİYAHI

img

21-01-2015 [16:24]


Vergi ödəyicilərinin əksəriyyəti vergilərini müəyyən olunmuş müddətlərdə, müxtəlif səbəblərdən yaranmış vergi borclarını mümkün qədər tez ödəməyə çalışsalar da, bəziləri qanunvericiliyin tələblərini pozaraq onların dövlət büdcəsinə vaxtında ödənilməsini təmin etmirlər. 


Modern.az saytı Vergilər Nazirliyinin analitik mərkəzinə istinadən bildirir ki, bu da büdcəyə vergi daxilolmalarına mənfi təsir göstərir. Belə halların aradan qaldırılması üçün Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsi tərəfindən aparılan mütəmadi təhlillər əsasında, imkanı olmasına baxmayaraq, vergi borcunu ödəməkdən yayınan vergi ödəyicilərinə qarşı digər qanuna müvafiq tədbirlər görülməklə yanaşı, onların siyahısı hər həftə "Vergilər” qəzetində dərc edilir və artan yekunla nazirliyin rəsmi veb-saytında yerləşdirilir. 
Yalnız borcunu ödəyən vergi ödəyicisinin adı siyahıdan çıxarılır.

Məlumatda qeyd edilir ki, adlarının ictimaiyyətə açıqlanmasını və bundan irəli gələ biləcək ciddi problemlərlə üzləşmək istəməyən vergi ödəyiciləri dövlət büdcəsinə borclarının ləğv olunmasını təmin etməlidirlər.

Yanvarın 21-nə olan məlumata görə, vergi borcunu ödəməyənlərin siyahısı aşağıdakı linkdə yerləşdirilib.

http://www.taxes.gov.az/uploads/vergiborcu/21012015.pdf


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA