Nazir Fazil Məmmədovdan daha bir dəyişiklik - Təyinat

img

19-01-2015 [17:17]


Vergilər Nazirliyi yanında yeni yaradılmış Bakı Vergilər Departamentinə rəis təyin olunub.

Lent.az-ın məlumatına görə, bu vəzifəyə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Habil Məmmədov təyin edilib. O, bundan əvvəl Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə rəhbərlik edib.

Xatırladaq ki, Vergilər Nazirliyində bir müddət öncə struktur dəyişikliyi həyata keçirilib. Vergi Auditi Departamenti ilə Bakı Şəhər Vergilər Departamenti birləşdirilib. Yeni qurum Bakı Vergilər Departamenti adı ilə fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA