Sabiq deputat nazirliyə uduzdu - Məhkəmə qalmaqalı

img

19-01-2015 [11:58]


İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti sabiq deputat Baba Tağıyevə məxsus olan şirkəti cərimə edib. 

Bu barədə Mia.az-a verilən məlumata görə, nazirliyin müvafiq xidməti istehlakçıların hüquqlarını pozmaq ittihamı ilə sabiq deputata məxsus olan «Tağıyev» Аvropa Qapıları Şirkətinə qarşı inzibatı qaydada alt tərtib edib: «Baba Tağıyev isə nazirliyin bu qərarı ilə razılaşmadığından məhkəməyə üz tutub. Lakin həm birinci instansiya məhkəməsi, yəni, йяни 1 saylı Bakı İnzibati-İqtisadi Məhhkəmə, həm də Bakı Apellyasiya Məhkəməsi  şirkətin akt və qərarın ləğv edilməsi tələbini təmin etməyib”.

Mia.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Sərvət Hüseynovun qərarından sonar sabiq deputatın yeganə yolu Ali Məhkəməyə müraciət etməyə qalıb.

Məhkəmə mübahisəsi ilə bağlı tərəflərin mövqeyini də dinləməyə hazırıq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA