Fəhlə neft şirkətini məhkəmədə uddu

img

18-01-2015 [12:37]


"Maersk Driling Servises MMC” xarici neft şirkəti öz işçisi tərəfindən məhkəməyə verilib. 

Bu barədə virtualaz.org-a Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı danışıb.

Hüquq müdafiəçisinin sözlərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Cəfərovun sədrliyi ilə məhkəmə iclası keçirilib: "Şirkətin fəhləsi Sərvər Kərimov "Maersk Driling Servises MMC”yə qarşı "zərərə görə aylıq ödənişin ödənilməsi, gecikdirilmə ilə əlaqədar ödənişin və maddi ziyanın tutulması barədə” iddiası Nəsimi Rayon Məhkəməsində təmin edilib. Qarşı tərəfin Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti də təmin edilməyib. Şirkət Sərvər Kərimova aylıq ödənişlə yanaşı cərimə də ödəyəcək”.

M.Qəhrəmanlı qeyd edib ki, "Neftqaztikintitresti” də məhkəməyə verilib. Şirkətin Rəşid adlı əməkdaşı əmək xəsarəti nəticəsində II qrup əlil olsa da kompensasiya ala bilmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA