Nazir yenilikdən danışdı - kreditlər veriləcək

img

17-01-2015 [16:54]


Azərbaycanda geniş şəbəkəyə malik olan poçt şöbələrinin müştərilərə mikrokreditlərin verilməsi və onların ödənilməsi baxımından əlverişli bir mexanizmdir. Artıq poçt şöbələrinin istehlakçılara kredit verməsilə bağlı müvafiq pilot layihə hazırlanıb.
 
Mia.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov bildirib.
 
"Poçtların kredit verməsilə bağlı pilot layihə hazırlamışıq, bank siyasəti dövlətin, həmçinin tənzimləyici orqan kimi Mərkəzi Bankın diqqət mərkəzindədir. Ona görə də hüquqi bazanı genişləndirib, bir neçə pilot layihəsi hazırlamışıq. Hüquqi məsələləri həll etdikdən sonra onu həyata keçirməyə başlayacağıq. Hesab edirik ki, bu, nəticə verəcək, çünki mikrokreditlərin verilməsi, onların qaytarılması üçün ən çox yayılan poçt şəbəkəsi yaxşı bir mühitdir”, - deyə nazir qeyd edib.
 
Ə.Abbasov bu sahədə pilot layihənin bir neçə rayonda həyata keçiriləcəyini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA