Əli Abbasov dəyişiklik anonsu verdi

img

17-01-2015 [15:51]


Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dövlət rabitə müəssisələrinin özəlləşdirilməsi haqqında təklif hazırlayıb. 

Trend xəbər verir ki, bu barədə şənbə günü jurnalistlərə Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, bu məqsədlə nazirlik tərəfindən bir sıra konsaltinq şirkətləri cəlb edilib. Onların başlıca vəzifəsi tövsiyələr hazırlamaq və operatorların qiymətləndirilməsi üzrə işlər görmək idi.

Ə.Abbasov deyib ki, bu işlərin hamısı başa çatıb: "Özəlləşdirmə məsələləri üzrə fəaliyyət nazirliyin bu il görəcəyi ən mühüm işlərdən biridir. Bu gün başlıca məsələ dövlət rabitə müəssisələrinin özəlləşdirilməsi deyil, özəlləşdirməyə qədər sağlamlaşdırılmasıdır, yəni onların yeni struktura, daha dəqiqi, səhmdar cəmiyyətə çevrilməsidir. Və bütün bu məsələlər bu il həll olunacaq". 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA