Bu peşə sahiblərinin də maaşı artacaq – Açıqlama

img

16-01-2015 [22:58]


"Milli Məclisin büdcə müzakirələrində müəllimlərin maaşının artırılması ilə yanaşı, həkimlərin də əmək haqlarının artırılması nəzərdə tutulub”. Bu sözləri Axar.az-a açıqlamalasında Milli Məclisin İqtisadi siyasət daimi komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. Millət vəkilinin sözlərinə görə, Azərbaycanın hazırkı dövlət büdcəsi bu cür artımlara imkan verir: "Belə ki, bir müddət öncə müəllimlərin maaşının artırılması ilə bağlı müzakirələr aparıldı. Və nəticə ortadadır: Prezident İlham Əliyev təhsilin inkişafı və daha keyfiyyətli olması baxımından müəllimlərin maaşını iki qat artırdı. Milli Məclisdə komitənin büdcə müzakirələrinin iclasında həkimlərlə də əlaqədar əmək haqqının artımı nəzərdə tutulub. Yəni komitədə artıq bununla bağlı müzkirələr aparılıb. Planda həkimlərinin əmək haqlarının artırılması məsələsi var. Ancaq konkret vaxtla bağlı bir söz deyə bilmərəm. Bu, cənab prezidentin səlahiyyətindədir”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA