16-01-2015 [12:41]
Xəbər verdiyimiz kimi, Azərbaycanın ən iri banklarından olan "Unibank”ın rəhbəri Eldar Qəriblinin oğlu İlkin Qəribli Baham adalarında keçirilən poker turnirinə qatılaraq rekord məbləğ-1.1 milyon dollar udub
İlkin Qəribli ailə üzvləri ilə birlikdə Baham adalarına Yeni İl tətilinə gedibmiş və orada dostları onu "Poker Stars Caribbean Adventure” ("Poker ulduzlarının Karib macəraları”) poker yarışmasına qatılmağa həvəsləndirib.
Gənc Qəribli poker həvəskarı olsa da indiyədək bu cür turnirə qatılmamışdı.
Virtualaz.org xəbər verir ki, İlkin Qəribli yarışı udandan sonra pokernews.com saytına müsahibəsində deyib ki, ailəsi ilə birlikdə Baham adalarında bayram tətilinə gedib və indiyədək heç vaxt poker turnirinə qatılmayıb. Hərçənd ki, Qəribli kazinoların daimi müştərisi olduğundan poker oynamağı yaxşı bilirdi.
İ.Qəribli bir çox azərbaycanlı oliqarxların övladları kimi nüfuzlu London İqtisadiyyat Məktəbində bank işi və maliyyə ixtisası üzrə təhsil alır, özünün dediyi kimi həmişə böyük pullarla oynamağa öyrəşib. Turnirin ortalarında Qəribli artıq 221 min dollar udmuşdu və dostları ona deyiblər ki, bundan artığına ümid etməsin və oyundan çəkilsin. Lakin bankir oğlu daha böyük məbləği udmaq üçün riskə gedib. "Mən böyük pullar uğrunda mübarizəyə girdim, oyunun altıncı, yaxud yeddinci mərhələsində geri çəkilmək mənlik deyildi”-Qəribli bildirib.
Nəhayət finalda Qəribli peşəkar poker oyunçusu, poker turnirlərinin daimi iştirakçısı Co Kouterlə üz-üzə gəlib. Hər iki oyunçunun toplanan məbləği hərəsinə təxminən 1 milyon dollar olmaqla bölüşdürmək (pokerdə buna "seka” deyirlər) şansı olub. Ancaq bankir oğlu geri çəkilməyib və 2.5 saatlıq mübarizədən sonra ən yüksək prizi udmağa nail olub.
"Dostlarımla bir neçə qədəh içki içdikdən, yaxud evə uçduqdan sonra yəqin mən nə baş verdiyini başa düşə biləcəyəm”-Qəribli oyundan sonra hansı hisslər keçirdiyi haqda danışarkən bildirib.
Qeyd edək ki,
Azərbaycanda kazinoların fəaliyyəti qadağan olunub. Buna baxmayaraq bir çox
yüksək vəzifəli məmurlar və onların övladları, oliqarxlar və digər zənginlər
kazinolarda əylənmək üçün xarici ölkələrə gedirlər. Gürcüstanda deyirlər ki,
Tiflis və Batumi kazinolarının daimi müştəriləri arasında azərbaycanlı
zənginlər üstünlük təşkil edir. Az qala hər həftənin şənbə və bazar günləri
Tiflis kazinolarının qarşısında azərbaycanlı zənginlərin dəbdəbəli
avtomobillərini görmək olar. Həmçinin onlar Avropa ölkələrinin kazinolarının da
daimi müştəriləridir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi