Artur Rasi-zadə Dövlət Neft Fondunda iclas keçirib

img

14-01-2015 [18:06]


Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fondan Mia.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri cənab Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2015-ci il üçün büdcə layihəsi müzakirə olunub.

İclasda Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2015-ci il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair Fondun İcraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin gəlirlərinin 10 246 611,9  min manat, xərclərinin 11 813 909,2 min manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərinin 33 318,0 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılmış, müvafiq olaraq Fondun 2015-ci il büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə olunub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA