Bu şəxslərə uzunmüddətli kredit veriləcək - AZƏRBAYCANDA

img

12-01-2015 [21:58]


Azərbaycanda əlilliyi olan şəxslərə mənzil alınması və regionlarda fərdi mənzil tikintisi üçün uzun müddətli, güzəştli kreditlər, ipoteka verilməsinə dair qanunvericilik təkmilləşdiriləcək.

  Lent.az-ın məlumatına görə, bu, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət  Proqramında öz əksini tapıb.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Səhiyyə nazirliklərinə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasına tapşırıq verilib.

Bundan başqa, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi məqsədilə mövcud sosial xidmətlərin təkmilləşdirilməsi də nəzərdə tutulub. Bundan başqa, yeni  sosial xidmətlərin yaradılması da istisna edilmir.

Bununla bağlı ƏƏSMN və yerli icra hakimiyyətlərinə tapşırıq verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA