Vergilər Nazirliyi yoxlama apardı, 1 milyarda yaxın vəsaiti bərpa etdi

img

12-01-2015 [18:44]


Ötən il ərzində səyyar vergi yoxlamaları aparılmış vergi ödəyicilərinin 99,4 faizində vergi qanunvericiliyinin pozulması halları aşkar edilib, başa çatdırılan səyyar vergi yoxlamaları nəticəsində 905 milyon 423,6 min manat əlavə vəsait hesablanıb.

Vergilər Nazirliyindən AzərTAc-a bildiriblər ki, bu məbləğin 62 faizini əlavə hesablanmış vergi məbləği, 38 faizini isə vergilərin azaldılmasına və digər hüquq pozuntularına görə tətbiq edilmiş maliyyə sanksiyası (faizlə birgə) təşkil edir. Ümumilikdə 2013-cü illə müqayisədə 2014-cü il ərzində başa çatdırılmış səyyar vergi yoxlamaları zamanı əlavə hesablamanın məbləği 215 milyon 774,5 min manat artıb.

2014-cü il ərzində səyyar vergi yoxlamaları üzrə orta hesabla 1 yoxlamaya düşən hesablanmış əlavə vəsaitin məbləği 78,6 min manat təşkil edir ki, bu da əvvəlki dövrlə müqayisədə 8,3 faiz çoxdur.

Əlavə hesablanmış vəsaitlərdə mənfəət vergisi 16,6 faiz, əlavə dəyər vergisi 29,1 faiz, ödəmə mənbəyində tutulan vergi (muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan gəlir vergisi istisna olmaqla) 40,8 faiz, sadələşdirilmiş vergi 1,6 faiz, sahibkarlıq fəaliyyətindən gəlir vergisi 1 faiz, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 5,4 faiz, digər vergilər isə 5,5 faiz olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA