"Tam gücləndirilmiş iş rejimində işləyirik" - "Azərsu"dan açıqlama

img

09-01-2015 [13:20]


Ötən gündən etibarən ölkə ərazisində qarın yağması ilə əlaqədar Bakı şəhərində və regionlarda istehlakçıların su ilə təminatında problem yoxdur. 

Bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı açıqlama verib. 

Onun sözlərinə görə, "Azərsu"nun struktur vahidləri gücləndirilmiş iş rejimində çalışır: 

"Tam gücləndirilmiş iş rejimində işləyirik. Bu dəqiqəyə olan məlumata görə, heç bir problem yaranmayıb. Regionlarda da işlər normaldır. Səhər şəxsən zəng mərkəzində olmuşam və orada da hər şey normaldır".

A.Cəbrayıllı su borularının donması ilə bağlı məsələyə də aydınlıq gətirib: "Hazırda bununla da bağlı hansısa problem yoxdur. Amma bunun bəzi həyət evlərində baş verməsi istisna edilmir. Bu gün Bakıya 5 mənbədən su daxil olur. Bu Kür, Oğuz-Qəbələ, Ceyranbatan, Şollar və ikinci Bakı-Xaçmaz sü kəmərləridir. Hazırda Bakıya 1 saniyədə 13 ton su daxil olur".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA