Neftdə kəskin bahalaşma

img

08-01-2015 [10:04]


Dünən səhər saatlarında sürətlə ucuzlaşan yenidən dəyər qazanıb və barrel üzrə təxminən 2 dollar bahalaşıb.

ANS PRESS-in məlumatına görə, amma buna baxmayaraq Texas neftinin barreli 50 dollarlıq baryeri keçə bilməyib. Hazırda Texas neftinin barrelinin qiyməti Nyu-York birjasında 49,05 dollardır. Sutkalıq bahalaşma 40 sent və ya 0,82 faizdir. Halbuki, dünən günorta saatlarında isə Texas neftinin barreli 47,26 dollardan təklif edilirdi.

London birjasında isə "Brent” markalı neftin barrelinin qiyməti isə 66 sent, yaxud 0,43 faiz bahalaşaraq 51,37 dollara qalxıb. Dünən günorta saalarında "Brent” neftinin barreli 50,44 dollara təklif edilirdi.

İki gün öncə dünya birjalarında neft kəskin ucuzlaşmışdı, həmin gün iş gününün sonuna Texas neftinin barreli 2,65 dollar ucuzlaşaraq 50,04 dollara düşmüşdü. Həmin gün Londonda "Brent” markalı neftin barrelinin qiyməti 2,01 dollar ucuzlaşaraq 51,1 dollar olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA