Sabah bəzi rayonlarda qaz olmayacaq

img

06-01-2015 [20:40]


Yanvarın 7-də saat 10-dan 18-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Yaşma” qazpaylama stansiyasında, eləcə də bir neçə ölçü qovşağında, Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Hacıqabul-1” və "Kürdmaşı”, Ağdam magistral qaz kəmərləri sahəsinin "Kövər”, Astara magistral qaz kəmərləri sahəsinin "Lerik” və "Yardımlı” qazpaylama stansiyalarında, həmçinin qaztənzimləmə məntəqələrində təmir işləri aparılacaq.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, təmir müddətində Xızı rayonunun Yaşma və Giləzi, Hacıqabul rayonunun Hacıhətəmli, Kürdmaşı, Aşıq Bayram və Qarakollu, Yevlax rayonunun Kövər-1, Malbinəsi, Qoyunbinəsi, Kolanı, Hacımahmudlu və Quzanlı kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Lerik və Yardımlı rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA