Baglanma təhlükəsi olan banklar haqda daha bir xəbər - SİYAH

img

06-01-2015 [20:20]


"Mənə verilən məlumata görə, 2014-cü ili dekabr ayının 30-da 6-ya yaxın bank məcmu kapitalını 50 milyon manata çatdıra bilməmişdi. Bugünkü vəziyyətin necə olduğunu deyə bilmərəm. Çox güman ki, həmin banklar ya bağlanacaq, ya da başqa banklarla birləşdiriləcək. Amma həmin banklarla bağlı son qərar hələ verilməyib”.

Bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.

O, qeyd edib ki, 2014-cü il yanvarın 1-dən etibarən qüvvəyə minməsi nəzərdə tutulan qanunun tətbiqi o zaman Mərkəzi Bankın qərarı ilə təxirə salımndı, sonradan bu, 2015-ci il yanvar ayının 1-i olaraq müəyyənləşdirildi.

Bağlanacaq banklar bunlar ola bilər:
"EuroBank” – məcmu kapitalı 7,5 milyon manat
"Naxçıvan Bank” – məcmu kapitalı 42 milyon manat
"Bank Avrasiya” – məcmu kapitalı 22 milyon manat
"Azərbaycan Kredit Bankı” – məcmu kapitalı 5,8 milyon manat
Siyahıda adı olan "Atra Bank”ın isə məcmu kapitalının 50 milyon manata yaxınlaşdığı bildirilir.
"Azər-Türk Bank”ın məcmu kapitalı 50 milyon manatdır.

Bağlanma təhlükəsi olan digər banklarla da əlaqə saxlayıb və onlardan 2014-cü ilin dekabr ayının sonuna olan nizamnamə kapitalının miqdarını öyrənilib:

"Dekabank”ın əməkdaşı nizamnamə kapitlının 52 milyon manat olduğunu bildirib;

"Yunayted Kredit Bank”nın nümayəndəsinin verdiyi açıqlamada nizamnamə kapitalının ümumi 
həcminin 50 milyon 508 min manat olduğu bildirilib;

"BankAvrasiya”nın əməkdaşı hər vəchlə sualımızı cavablandırmaqdan yayınıb. "Sualı rəsmi blankda bizim e-mail ünvanımıza göndərin, rəsmilər cavablandırar” desələr də, sualımızı cavablandıran olmayıb. Bu səbəbdən belə qənaətə gəlmək olar ki, adıçəkilən bank tələb olunan nizamnamə kapitalını toplaya bilməyib. Əks halda açıq şəkildə digər banklar kimi hansısa rəqəm deyə bilərdilər(modern.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA