Nazirlik yardım paylayıb

img

06-01-2015 [16:44]


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən ötən il 51 nəfər insan alveri qurbanına və  insan alverinin qurbanına çevrilmək təhlükəsi olan 46 nəfər şəxsə müvafiq yardımlar göstərilib. 

Nazirlikdən Mia.az-a verilən məlumata görə, zəruri hallarda həmin şəxslər eyni vaxtda bir neçə yardım növü ilə əhatə olunublar:

"Onlardan 25 nəfərinin məşğulluğunun təmin edilməsinə, 13 nəfərinin peşə hazırlığı kursuna cəlb olunmasına köməklik göstərilib, 3 nəfər maddi, 12 nəfər tibbi, 31 nəfər hüquqi, 6 nəfər psixoloji yardımla, 5 nəfər sığınacaqla təmin edilib. Eyni zamanda, 5 nəfərinin ailələrinin  ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması, 3 nəfərinin sosial xidmət müəssisəsinə yerləşdirilməsi, 1 nəfərinə əlil arabasının, 2 nəfərinə torpaq sahəsinin verilməsi üçün aidiyyatı qurumlara müraciət edilib. Qeyd edilən şəxslərdən digərləri də zəruri köməkliklərlə (hüquqlarının təmin edilməsi, övladının körpələr evi-uşaq bağçasına yerləşdirilməsi, əlillik müayinəsinin aparılması və s.) təmin olunublar.  Hazırda onların bir qismi ilə işlər davam etdirilir. 

Bununla yanaşı, mərkəz tərəfindən insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması üçün müxtəlif formalarda işlər aparılıb, o cümlədən ölkənin regionlarındakı  peşə məktəbi və liseylərdə "İnsan alverinə qarşı mübarizə” mövzusunda təlimlər  keçirilib". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA