Bakı metrosunda işçilər 6 aylıq məzuniyyətə göndərildi

img

06-01-2015 [11:36]


Bakı Metropolitenində kütləvi ixtisarların olması ilə bağlı məlumat yayılıb. "Qafqazinfo”ya daxil olan məlumata görə, qurumun Tikinti Departamentində işçilər öz hesablarına 6 aylıq məzuniyyətə göndərilib.

Məsələ ilə bağlı "Qafqazinfo”ya açıqlama verən Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, təmsil etdiyi qurumda ixtisar aparılmır: "Ancaq tikinti departamentində öz hesabına məzuniyyətə gedənlər ola bilər. Bu da tikinti sahəsi üçün normal haldır. İşlərin müəyyən hissəsi başa çatanda və ya hər-hansı bir sahənin işi azalanda belə halların olması mümkündür. Təbii ki, onlar işə qayıdacaqlar. Hətta onlardan bəziləri başqa sahələrdə işlə təmin edilirlər. Məzuniyyətə göndərilənlərin saylarını isə dəqiq bilmirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA