Neftin ucuzlaşmasından ən çox ABŞ qazanc götürür

img

06-01-2015 [10:49]


Neftin dünya bazarında qiymətinin düşməsi ABŞ iqtisadiyyatına müsbət təsir göstərməkdə davam edir.  Musavat.com-un məlumatına görə, bu barədə "Reuters” Ağ Ev rəsmisinə Coş Ernestə istinadən məlumat yayıb.

Qeyd edilir ki, "qara qızıl”ın ucuzlaşması ilə bağlı ABŞ-da benzinin qiyməti bir qallon üçün 2 dollar aşağı salınıb. Bununla yanaşı, ölkədə avtomobil satışı xeyli artıb.

Az öncə Amerikanın Federal Ehtiyat Fondu neftin qiymətinin enməsinin ölkə iqtisadiyyatı üçün sərfəli olduğunu bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA