Şəki şəhəri, F.Sadıqov küçəsi, ev 17-də yaşayan Məmmədov Məmməd Nağdalı oğlu tərəfindən Prezident İlham Əliyevə işkayət ərizəsi ünvanlanıb.
Mia.az-a daxil olan şikayət məktubunu olduğu kimi təqdim ediirik:
"Çox hörmətli Cənab Prezident!
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda yekun nitqinizdə qeyd etmişdiniz ki, dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk.
Cənab Prezidentim Sizin yürütdüyünüz siyasətin mərkəzində xalq durmasına baxmayaraq, Şəki Poçtunun apardığı xidmətlərin mərkəzində xalq və ya vətəndaş yox, şəxsi göstərişlər durur. Şəki Poçtunda qanunsuzluq hökm sürür və bununla bağlı başıma gələni Sizə bildirmək istəyirəm.
Şəki RPF-nin rəisi Seyran Abduləlimov poçtu öz düşüncələri ilə idarə edir. Çünki poçt sahəsində anlayışı yoxdur. Etik davranış qaydasını bilmir. Qanunlara məhəl qoymur. İşçilərin də bəzilərinin ali savadı olmadığı üçün Seyran Abduləlimovun qanunsuz göstərişlərinə əməl edirlər. Bunun nəticəsidir ki, mənim şikayətim nəticəsində 2 işçi barəsində intizam tənbehi görülmüşdür (Əsas:Azərpoçt MMC-nin 17.02.2014-cü il tarixli PƏŞ 243/82 saylı məktubu). Halbuki həmin işçilərə birbaşa göstərişi Seyran Abduləlimov vermişdir. Niyə Seyran Abduləlimov cəzalandırılmır? Niyə Seyran Abduləlimov müdafiə olunur? Seyran Abduləlimov qanunsuz əməllərə yol verərkən deyir ki, işçilərə mən göstəriş vermişəm. Belə olan halda, onun məsuliyyəti niyə istisna edilməlidir.?
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətli nümayəndəsi Sabir Paşayev də 12.02.2014-cü il tarixli rəy yazaraq Şəki RPF-dəki özbaşnalığı qeyd etmişdir. Lakin Sabir Paşayev bu rəyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yox, Azərpoçt MMC-yə göndərmişdir.
Həmin rəyin son abzasında qeyd olunmuşdur ki, Şəki RPF-də son ayda Ali hakimiyyət orqanlarına ünvanlanan şikayət məktublarının sayı artmışdır.
Bundan sonra mən bu haqsızlığa dözməyərək yuxarı instansiyalara (Cənab Prezidentə, Sizə və Azərpoçta) poçt vasitəsi ilə dəfələrlə müraciət etmişəm. Təəssüflər olsun ki, müraciətim araşdırılmadan Novruz Məmmədov, M.İsmayılov və S.Kazımov tərəfindən qanunsuz və şablon xarakterli cavablar verilmişdir.
Məsələn, Azərpoçt MMC-nin baş direktor müavini S.Kazımov 16.05.2014-cü il tarixli İRŞ-123/508 nömrəli məktubunda qeyd edir ki, Şəki RPF-nin rəisi barədə RYTN-nə və digər ali dövlət orqanlarına ünvanladığım məktublara baxılmış və araşdırma zamanı məktubumda göstərilən faktlar təsdiq edilməmişdir. Lakin sonradan S.Kazımov 10.06.2014-cü il traixli SİOS-39/121 saylı məktubunda cavab yazarkən əvvəlki cavab məktublarına nəzər yetirməmiş və bununla da sübut etmişdir ki, mənim müraciətlərim araşdırılmadan, başdan elemək xatirinə cavab göndərilir. Həmin məktubunda S.Kazımov qeyd edir ki, tabeliyindəki işçilərin işinə zəif nəzarət etdiyinə və icra intizamını günün tələbləri səviyyəsində təşkil edə bilmədiyinə görə Şəki RPF-nin rəisi S.Abduləlimov barəsində Azərpoçt MMC-nin müvafiq əmri ilə intizam tənbehi tədbirləri görülmüşdür.
Mən S.Kazımovun məktubda yazdıqlarına inanmıram. Belə ki, Şəki RPF-nin əməkdaşları barəsində intizam tənbehi görülərkən əmrin nömrəsi və tarixi göstərilmişdir. Ama S.kazımov elə bil uşaq başı aldadır: əvvəlcə deyir ki, araşdırma zamanı məktubumda göstərilən faktlar təsdiq edilməmiş, sonra deyir ki, Şəki RPF-nin rəisi S.Abduləlimov barəsində Azərpoçt MMC-nin müvafiq əmri ilə intizam tənbehi tədbirləri görülmüşdür.
Mənə elə gəlir ki, həmin intizam tənbeh tədbiri başqa işlə bağlı ola bilər. Mənim işimlə bağlı Şəki RPF-nin rəisi S.Abduləlimov barəsində Azərpoçt MMC-nin müvafiq əmri ilə intizam tənbehi görülsə, əmrin tarixi və nömrəsi nə üçün qeyd olunmur?
Halbuki S.Abduləlimov işçiləri barədə görülmüş tədbirlər barədə əmrin tarixi və surətini mənə məktubla bildirir...
Bir qurumda fərqli qaydalar ola bilərmi?
Həmçinin S.Kazımov qeyd edir ki, Şəki RPF-nin rəisi S.Abduləlimov barəsində Azərpoçt MMC-nin müvafiq əmri ilə intizam tənbehi tədbirləri: yəni birdən çox intizam tənbehi tədbiri görülmüşdür. Bunların heç biri mənim işimlə bağlı ola bilməz.
Gələn yoxlamalar Seyran Abduləlimovu qoruyur. Birinci dəfə yoxlama gələrkən Seyran Abduləlimov mənimlə "əə” deyərək danışırdı. Mən ona xatırlatdım ki, Cənab Prezidentimiz xalqın xidmətçisi olduğu halda, sən kimsən ki mənimlə "əə” deyərək danışırsan. Bundan sonra o, mənə Məmməd müəllim deyərək xitab edirdi.
Tutaq ki, mən səhvəm. "Region Şəki" qəzetində də Şəki poçtunda anarxiya olması ilə bağlı məqalə çıxıb və mən bu məqaləni Prezidentimizə və Nazirə və s. göndərmişəm. Həmin qəzetdə qeyd olunur ki, Şəki poçtunda baş verən qanunsuzluqlarla bağlı dəfələrlə redaksiyaya məlumat daxil olmuşdur. Buna niyə inanmırsınız.?? Mən həmin qəzeti nazirə təqdim etmişəm...
Həmçinin bacım ƏƏSMN-nin Şəki şəhər mərkəzinə xəbərnaməli məktub göndərmiş, məktub ƏƏSMN-nin Şəki şəhər mərkəzinə çatıb və mənə cavab göndərmələrinə baxmayaraq xəbərnamə mənə çatmamışdır. Bununla bağlı şikayəti ərizəsi ilə müraciət etmişdim. Seyran Abduləlimovun mənə yazdığı elektron cavabı eyni ilə Sizə təqdim edirəm:
Hörmətli cənab M.Məmmədova
"Sizin 27.08.2014-cü il tarixli "Azərpoçt” MMC-yə ünvanladığınız şikayətlə əlaqədar olaraq araşdırma aparılarkən şikayətinizin əsaslı olduğu təsdiq edilmişdir. M.Ə.Rəsulzadə küçəsi bina 145 mənzil 29a ünvanında yaşayan bacınız Nəbiyeva Zülhəccə Nağdalı qızının 18.08.2014-cü il tarixdə MXŞ - dən SS 178626055 saylı sifarişli məktub 19.08.2014-cü il tarixdə ƏƏSMM çatdırılsada SS 178626064 saylı xəbərnamənin göndəriciyə qaytarılmasında səhlənkarlıq edən Şəki 7 saylı PŞ-nin rəisi Şükufə Əhmədova və MXŞ - nin işçisi Mənsur Kərimov haqqında 28.08.2014-cü il tarixdə 23 saylı əmrlə cəza tədbiri görülmüşdür. Poçt göndərişlərinə diqqətli olması və vaxtında çatdırılması bir daha işçilərdən tələb edilmişdir. Poçtun xidmətlərindən hər daim istifadə etdiyinizi qiymətləndiririk. Bir daha belə nöqsanlara yol verilməyəcəyinə əmin ola bilərsiniz. Şəki RPF-nin rəisi S.Ə.Abduləlimov.”
Məndə cavab olaraq Seyran Abduləlimova aşağıdakı məzmunda cavab yazmışdım:
"Şəki 7 saylı PŞ-nin rəisi Şükufə Əhmədova öz işini güclü bilən mütəxəsisdir. Sizin qanunsuz göstərişiniz əsasında MXŞ tərəfindən mənim konstitusion hüququm olan (teleqram göndərmək) müraciət etmək hüququm pozularkən Şüküfə Əhmədova savadlı kadr olaraq mənim teleqramımı qəbul edərək göndərmişdir. Belə kadrın cəzalandırılması yox, mükafatlandırılması lazımdır. Həmin xəbərnaməni rəis yox poçtalyon çatdırmalıdır. Belə şeyə qalsa Sizin qanunsuz göstərişləriniz əsasında mənim hüquqlarım pozularkən Sizə tədbir görmək əvəzinə günahsız işçilərə tədbir görülmüşdür. Bəs Siz niyə günahkaraı yox, günahsızı cəzalandırırsınız? Dövlət 2 şeydən sarsıla bilər:Günahkar cəzasız qalanda, günahsıza cəza veriləndə. Həmin şöbənin poçtalyonu gözü yaxşı görməyən (araşdırsan bəlkə də əlildir) şəxsdir. Yaxşı olar ki, belə poçtalyonları gənc kadrla əvəz edəsiniz ki, belə problemlər yaranmasın. Cənab Prezidentimiz cavan, savadlı və işlək kadrlara üstünlük verdiyi halda, Siz buna əməl etmirsiniz. Mən belə probləmlərlə Sizin dövrünüzdə rastlaşmışam. Bu barədə Sizə öz iradlarımı bildirmişəm. Mən dünən poçta gələrkən mənə bildirmişlər ki, Mənsur Kərimov heç MXŞ-nin işçisi deyil. O, xəbərnamənin göndərilməsi və çatdırılması ilə məşğul olmayan və bu səbəbdən həmin işlərə görə bilavasitə məsuliyyət daşımayan şəxsdir. Ona barəsində cəza tədbiri görülməsi də əsassız olmuşdur. Çünki Mənsur Kərimovun vəzifəsi məktubları paylamaq və ya çatdırmaq deyil. Həmçinin Siz işçilərə cəza tədbiri verərkən əmrin nömrəsini və tarixini göstərdiyiniz halda, Sizə verilən cəza tədbiri ilə bağlı əmrin nömrəsi və tarixi göstərilmir. Görünür ki, Azərpoçtda qanunlar yox, ehtimal xarakterli fikirlər rol oynayır”.
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnfrastrukturunun inkişafı şöbəsinin müdiri M.İsmayılov mənim şikayətlərimi araşdırmadan, Şəki RPF-nin rəisi Seyran Abduləlimovun qanunsuz hərəkətlərini müdafiə etməklə məşğul olduğunu əks etdirən cavab məktubu göndərir. Məktubda deyilir: "mən poçt xidmətlərindən istifadə edərkən baş verən xırda çatışmazlıqları böyüdərək onları fövqəladə hal kimi qələmə verməyə çalışıram, Şəki RPF-nin rəisi Seyran Abduləlimovun yenidən cəzalandırılmasını tələb edirəm. Elə təəssürat yaranırki, mən sanki onun cəzalandırılmasını özümə hədəf seçmişəm".
M.İsmayılov üçün 4 işçi barəsində görülmüş inzibati tənbeh tədbiri üçün əsas: XIRDA ÇATIŞMAZLIQLARDIR. İndi bildim ki, belə xırda çatışmazlığa görə işçi cəzalandırılır. Deməli, böyük çatışmazlıq olsa, nəticəsi gör nə olar..Bunu təsəvvür etmək mənim kimi insanların beyninə sığmaz. Bunu ancaq M.ismayılov düşünə bilər.
M.İsmayılova bir şey diyə bilərəm ki, hüququnu tələb edən vətəndaş olaraq mənim hüquqlarım dəfələrlə pozulubdursa, gör orda vəziyyət necədir....
Qaldı ki, Seyran Abduləlimovun yenidən cəzalandırılması məsələsinə, M.İsmayılov sübut etsin görək Seyran Abduləlimov mənim işimlə bağlı nə vaxt cəzalandırılıb. Ondan sonra elə məktub yazsın.
Məndə bu məsələni araşdırmayan M.İsmayılov barəsində cənab Prezidentimə yenidən şikayət məktubumu yazmışam. Xahiş edirəm ki, mənim şikayətim araşdırılmaq üçün nazirliyə, xüsusilə M.İsmayılovun və N.Məmmədovun üstünə göndərilməsin. Yenə də məsələnin araşdırılması üçün M.İsmayılov cənablarına göndərilmiş, lakin o, da öz növbəsində mənasız və təkrar məzmunlu, araşdırılmamış cavab göndərmişdir.
Cənab Prezident! Dünya durmuşkən Siz durasınız. Allah heç bir zaman Sizi ölkə rəhbəri kimi üzərimizdən əksik etməsin. Amin!
Yuxarıda qeyd olunanları nəzərə alaraq Sizdən xahiş edirəm:
Şəki RPF-nin rəisi Seyran Abduləlimovun qanunsuz hərəkətləri barədə aparılmış araşdırmaların nəticəsinə uyğun olaraq cəzalandırılması barədə göstəriş verəsiniz.
Hörmətlə: Məmmədov Məmməd Nağdalı oğlu".
Mia.az