İcra başçısının sabiq müavinin bacısı oğlu niyə tutuldu? - Cəlilabadda yarimmilyonluq əməliyyat

img

03-01-2015 [21:05]


Cəlilabad rayon təhsil şöbəsinin müdiri Vidadi Dövlətovun dövlət büdcəsindən ayrılmış 645 min manatın böyük bir hissəsini mənimsəyib. 

Məlumatda görə, ötən il ayrılmış pulların böyük bir qismini təyinatı üzrə xərclənməyib:

"Həmin pulların 197006 manatının «Murad İnşaat» MMC vasitəsi ilə guya, əsaslı təmir işlərinə sərf olunduğu sənədləşdirilsə də, rayondakı orta məktəblərin acınacaqlı durumda olduğunu bilməyən yoxdur. 

Bundan başqa, Dövlətovun bu pullardan 620 min manatına inventarların alınmasını həyata keçirdiyini də sənədləşdirib. «NAN» MMC tərəfindən həyata keçirildiyi vurğulanan proseslə bağlı isə ilginc məlumatlar var. Demokratiya.info-ya çatan məlumatlara görə, həmin inventarların çox cüzi bir hissəsi alınıb. Yerdə qalanını isə sənədləşdirmək üçün Cəlilabad təhsil şöbəsinin müdiri tabeçiliyində olan orta məktəblərin direktorlarının imkanlarından istifadə edib.  İddialara görə, Dövlətov məktəb direktorlarını başına yığaraq, onlardan guya, inventar aldıqlarını təsdiqləyən sənədlərə imza atmalarını və möhür vurmalarını istəyib. Bundan imtina edənləri isə işdən çıxaracağı ilə hədələyib.  Şöbə müdirinin qazanc olaraq əldə etdiyi bir digər vəsait isə digər maşın və avadanlıqların satın alınması ilə bağlıdır. Məlumatlarda qeyd olunur ki, "Orxan müəssisəsi" MMC ilə anlaşma əsasında bu zaman 234497 manat pul silinib. 

Laboratoriya avadanlıqlarının satın alınması üçün "Bəyli-93" MMC şirkəti ilə anlaşan Dövlətovun bu əməliyyatdan 147539 manat mənfəət əldə etdiyi deyilir. Həmçinin təsərrüfat mallarının satın alınmasından 33700 manat, mətbəə xidmətlərinin satın alınmasından isə 34700 manat qazandığı vurğulanır. 

İndi Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışan Vidadi Dövlətov əvvəllər icra başçısının təhsil və səhiyyə məsələləri üzrə müavini işləyib. Həmin dövrdə baş verən maxinasiyalar və qanunsuzluqlar birbaşa müavin olaraq V.Dövlətov rəhbərliyi altında baş verib. Buna görə də Cəlilabad təhsilində yoxlama aparılsaydı xeyli nöqsanlar ortaya çıxardı. Mənbəmiz deyir: "İdarənin rəsmiləri bura baş çəkən kimi şöbə müdiri məsuliyyətə cəlb olunacaq. Onun həyata keçirdiyi qanundan kənar işlərin ölçüsü yoxdur. Rayon məktəblərinin bir çoxunda əlavə dərs saatları, həmçinin müəllim ştatları yaradılıb. Şöbə rəhbəri bu tip işlərini əsasən bacısı oğlunun vasitəsilə görürdü. Amma bir müddət əvvəl bacısı oğlunu narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün həbs etdilər». 

Sakinlərin dediklərinə inansaq, Təhsil Nazirliyinin əməkdaşları bir neçə dəfə RTŞ-də yoxlama aparıblar. Buna baxmayaraq, Vidadi Dövlətov qeyri-qanuni işlərindən əl çəkməyib.

Vətəndaşlar deyir ki, bir neçə il əvvəl Təhsil Nazirliyinin nümayəndələri Cəlilabadda saxta diplomlu müəllimləri aşkarlayıb: «76 müəllim diplomu qaydasında olmadığından işdən azad edildi. Lakin üç-dörd ay keçəndən sonra şöbə müdiri bu müəllimlərin bir neçəsini nəyinsə qarşılığında işə bərpa etdi. Vidadi müəllim nazirliyin müəllimlərin işə qəbulu ilə bağlı keçirdiyi test imtahanlarına əhəmiyyət vermir. Belə ki, Cəlilabadda müəllim işləmək istəyən şəxslərin «imtahanını» şöbə müdiri özü keçirir. Yəni RTŞ müdiri nazirliyin xəbəri olmadan işə qəbul aparır. Ali təhsili olmayan bəzi şəxslər məktəblərdə işə götürülür». 

Onu da öyrəndik ki, rayonun Kövüzbulaq kəndində 2 nəfərə saxta şəhadətnamə verilib və bu işi icra edənlər hazırda müəllim işləyir(Cumhuriyyət.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA