Aylıq rabitə və internet qiyməti necə olacaq? - QƏRAR

img

01-01-2015 [19:03]


Azərbaycanda minimum istehlak səbətinə daxil olan aylıq rabitə və internet xidmətlərinin yeni tarifi yanvarın 1-dən qüvvəyə minib.

Nazirlər Kabineti qərarı ilə təsdiqlənən Azərbaycanda minimum istehlak səbətinə daxil olan xidmətlərin yeni tərkibinə daxil olan aylıq rabitə və internet tarifini hesablamaq üçün yeni qaydadan istifadə edilir.

Azərbaycanda aylıq tariflərin müxtəlifliyini nəzərə alaraq, orta hesabla adambaşına düşən rabitə haqqı ölkə üzrə ayda 1 ailə üçün mövcud abunə haqqının orta ailənin sayına bölünməsi ilə müəyyən ediləcək. İnternet xidmətlərindən istifadə haqqı isə 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdiriləcək.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA